Hesab.az və AccessBank Hesab debet kartını təqdim edirlər
(®) Golden Pay/Hesab.az və AccessBank ödənişləri daha qazanclı və sərfəli etmək üçün Hesab kobrend debet kartını təqdim edir.
Bu kart AccessBank-ın tərəfdaşı olduğu məkanlarda edilən ödənişlər zamanı 30%-dək kəşbək, Hesab.az platforması üzərindən edilən onlayn ödəmələr zamanı isə ikiqat koinlər qazandırır. Kartda həmçinin SMS bildiriş funksiyası da ödənişsizdir. Tezliklə kartda kredit imkanları da istifadəyə veriləcək.
Hesab debet kartı ödənişsizdir və ünvana çatdırılması da ödənişsiz həyata keçirilir.
Kartı Hesab.az mobil tətbiqindən və ya veb-saytın Hesab kart bölməsindən sifariş etmək olar:
Hesab debet kartını həmçinin AccessBank filiallarına yaxınlaşaraq da sifariş etmək mümkündür. Kartı sifariş etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək kifayətdir.
AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 14-ü Bakıda, 16-sı bölgələrdə olmaqla, 30 filialı fəaliyyət göstərir.
Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar. / marja.az

Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
IBAN nədir?
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Cash Back nədir?