Hesablama Palatası I yarımildə 36 nəzarət tədbiri keçirib

Hesablama Palatası I yarımildə 36 nəzarət tədbiri keçiribBu ilin I yarısında Hesablama Palatasının Kollegiyası 36 kənar dövlət maliyyə nəzarəti tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edib.
"Report" bu barədə qurumun yarım illik hesabatına istinadən xəbər verir.
Məlumata görə, bunlardan 2-si "Dövlət sirri haqqında" qanunun tələblərinə uyğun olaraq aparılıb.
Nəzarət obyektlərinin 9-da ilk dəfə auditin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 5 auditdə isə əhatə olunan layihələr və proqramlar əvvəlki auditlərlə əhatə olunmayıb. Kənar dövlət maliyyə nəzarəti obyektləri arasında 10 mərkəzi icra hakimiyyəti orqanı, 1 digər dövlət orqanı, 9 publik hüquqi şəxs, 3 dövlət mülkiyyətində olan və dövlətin səhmi (payı) olan müəssisə, 2 fond (o cümlədən 1 büdcədənkənar dövlət fondu), 5 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat, 5 təhsil və elm müəssisəsi və 1 digər təşkilati-hüquqi formaya malik qurum olmuşdur. Ilk dəfə olaraq analitik fəaliyyət çərçivəsində funksional təsnifatın "Təhsil" və "Ətraf mühitin mühafizəsi" bölmələrində müvafiq olaraq Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərində ortamüddətli xərclər çərçivəsi üzrə göstəricilərin təhlilinə başlanılıb. Hesabat dövründə uyğunluq auditinin payı ümumi portfeldə üstünlük təşkil edib.
2022-ci ilin ilk 6 ayında 3 səmərəlilik auditinin keçirilməsi ilə bağlı Kollegiya Qərarı qəbul edilib. Səmərəlilik auditləri Yuxarı Qarabağ kanalının suyundan istifadə edilən rayonlarda kənd təsərrüfatının yerüstü su ilə təminatının yaxşılaşdırılması üzrə fəaliyyətin, böyrəklərin xroniki xəstəliyi sahəsində fəaliyyətin və bitkiçilik sahəsində yeni subsidiya mexanizminin nəticəliliyinin qiymətləndirilməsi mövzularını əhatə edir. Həyata keçirilən bir sıra auditlərdə informasiya sistemlərinin auditinin bəzi elementlərindən də istifadə edilməkdədir.
2022-ci ilin İş Planında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılan vəsaitlərin istifadəsi üzrə 4 audit nəzərdə tutulub, hesabat dövründə onlardan 3-nün keçirilməsi ilə bağlı Kollegiya qərar qəbul edib, ilk 6 ayda 2-si başa çatdırılıb. Digər tədbirin III rübün sonunda başlanılması nəzərdə tutulur. Hesabat dövründə 12 nəzarət tədbirinin, o cümlədən 9 auditin (8-i uyğunluq və 1-i maliyyə auditi olmaqla) və 3 monitorinqin nəticələri üzrə auditor hesabatları kollegiya qərarı ilə təsdiq edilib. Auditlər üzrə nəticələrin formalaşdırılması məqsədilə əldə edilmiş audit sübutları (məlumatlar) müəyyən edilmiş audit meyarları ilə müqayisə olunub, keçirilmiş auditlər zamanı aşkarlanmış nöqsanlar (təhriflər) və onların yayılma dərəcəsindən asılı olaraq, verilmiş rəylər müxtəlif istiqamətləri əhatə edib. Maliyyə auditi üzrə 1 müsbət rəy verilib, uyğunluq auditləri üzrə 4 halda kənar dövlət maliyyə nəzarəti obyektinin fəaliyyətinin qüvvədə olan hüquqi aktlara əsasən uyğun olduğu müəyyən edilib.
Hesabat dövründə başa çatdırılmış auditlərin nəticələri təhlil edilib və təsnifləşdirilib. Bəzi müsbət dəyişikliklərin olması fonunda aşkar edilmiş nöqsanlar arasında əvvəlki illərdə olduğu kimi, büdcə qanunvericiliyinin və dövlət satınalmalarını tənzimləyən hüquqi aktların tələblərinin pozulması üzrə halların payı yüksək olub.

Maliyyə     Tarix: 21 iyul 2022

Oxşar xəbərlər

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi


iqtisadi xeberler kicik biznes valyuta kurslari biznes krediti bu gunun xeberleri