Həyat sığortası sadəcə böyüklər üçün deyil

Həyat sığortası sadəcə böyüklər üçün deyilValideyn olmaq – qorumaq, dəstək olmaq və gələcəyi düşünmək deməkdir. Bəzən bu vəzifə o qədər emosional olur ki, biz nəyin həqiqətən vacib olduğunu anlamaqda çətinlik çəkirik. Xüsusilə "uşaq üçün həyat sığortası" kimi bir məsələ gündəmə gələndə, çoxları dərhal emosional reaksiya verir: "Uşağa həyat sığortası? Niyə lazım olsun ki?"
Əslində, məsələ sadəcə bir sığorta əldə etmək deyil. Məsələ budur: valideyn olaraq biz riskləri nə dərəcədə düzgün anlayırıq və buna hazırıqmı?
Bu yazıda "The Mom Test" (Rob Fitzpatrick ) adlı kitabdan ilhamlanaraq, uşaqlar üçün həyat sığortasının əhəmiyyətini dürüst və real şəkildə izah etməyə çalışacağıq – yəni emosiyalarla yox, ehtiyaclar və həqiqətlərlə izah edəcəyik.
"The Mom Test" strategiyası bizə öyrədir ki, insanları yönləndirmədən, onların real təcrübələrini danışmalarına imkan verməliyik.
Məsələn, aşağıdakı suallara cavab verə bilən valideynlər, əslində sığortanın mahiyyətini dərk etmiş olurlar:
"Uşağınızın sağlamlığı ilə bağlı sizi ən çox nə narahat edir?"
"Son aylarda sizin üçün övladınızla bağlı gözlənilməz xərclər olubmu?"
"Çətin günlər üçün nə kimi planınız var?" və s.
Valideynlərə uşaqlarının sağlamlığı, sığortası haqqında danışmaq bəzən çətin görünə bilər. Çünki məsələ çox həssasdır – uşağın gələcəyindən, ehtimal edilən risklərdən və maliyyə planlamasından bəhs edilir.
Sağlamlığa qorxu yükləmək yox, onu anlayaraq, real faktlar və ehtiyaclarla qarşılaşdırmaq daha uğurlu nəticə verir. Çünki həyat sığortası yalnız maliyyə məhsulu deyil, valideynin "Mən övladımı qorumaq üçün üzərimə düşəni edirəm" deyə biləcəyi bir daxili rahatlıqdır.
Daha ətraflı məlumat üçün linkə daxil olun:  / marja.az

Banklar     Tarix: 29 iyul 2025

Oxşar xəbərlər

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Hər 100 manatdan 71 manatı ödənişə gedib - Azərbaycanda sığorta ödənişləri kəskin artıb

Azərbaycanda sığorta bazarında ödənişlərin artım tempi sığorta haqlarının artım tempini xeyli üstələyib. Azərbaycan Mərkəzi Bankının statistik məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–sentyabr aylarınd


iqtisadi xeberler telefonla pul qazanmaq en son xeberler emlak xeberleri rubl mezenne