Həyatın yaşam sığortasına yatırımlar 300 milyon manata yaxınlaşıb
2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda beş həyat sığorta şirkəti vasitəsilə toplanan sığorta yığımlarının həcmi 287 milyon 43 min manata bərabər olub.
Azərbaycan Mərkəzi Bankının sttitikasına görə, bu göstəricinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12.5% və ya 31.9 milyon manat çoxdur. 2024-cü ilin yanvar-aprel aylarında həyat sığorta şirkətləri 255 milyon 141 min manat sığorta haqqı toplaya bilmişdi. Bu dövrdə yaşam sığortasının həyat sığortasında bazar payı 95.5% təşkil edib.
Cari ilin ilk 4 ayında həyatın yaşam sığortası üzrə ödənişlər isə 14.2% artaraq 145 milyon 127 min manata çatıb. Ötən ilin ilk 4 ayında bu sığorta növü üzrə ödənişlər 127 milyon 66 min manat təşkil edib.
Qeyd edək ki, həyatın yaşam sığortası yığımları adətən 3-5 illik dövrü əhatə edir. Əmək haqqının bir hissəsini hər ay həyatın yaşam sığortasına yönəldən işçilər müqavilənin sonunda əlavə edilmiş faizlə yanaşı, hər ay ödənilməli olan vergi və sosial sığorta ödənişlərini geri ala bilirlər.
© APA / marja.az

AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Onlayn biznes ideyaları
Dünyanın ən zəngin idmançıları
Ev şəraitində pul qazanmağın yolları
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Marketinq nə demədir?