Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlər dövlət sektoruna münasibətdə ləğv olunur

Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlər dövlət sektoruna münasibətdə ləğv olunurHəyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin (3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqlarının gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından azadolması ilə bağlı güzəştlərin) dövlət sektoruna münasibətdə 1 yanvar 2025-ci il tarixindən tətbiqinin ləğvi təklif olunur.
Bu, "Sosial sığorta haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Beləliklə dövlət sektoruna münasibətdə həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin 2025-ci il 1 yanvar tarixindən sonra bağlanılmış müqavilələrə münasibətdə məhdudlaşdırılması nəzərdə tutulur.
Bununla yanaşı, layihədə davam edən həyatın yığım sığortası üzrə sığorta müqavilələrinə münasibətdə keçid dövrü üzrə qeyd edilən müddəanın tətbiq edilməməsi nəzərdə tutulur. Belə ki, dövlət sektoruna aid edilən vergi ödəyicilərinə münasibətdə 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 ili tamam olmamış həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti həmin müqavilələr bağlandığı tarixdən 3 il ərzində ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Həmçinin 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə sosial sığorta güzəştinin 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiqi nəzərdə tutulur. Belə ki, 2025-ci il yanvarın 1-dək 3 ildən az olmayan müddətə bağlanmış və həmin tarixədək 3 illik müddəti tamam olmuş həyatın yığım sığortası və pensiya sığortası müqavilələri üzrə 2025-ci il yanvarın 1-dək qüvvədə olan sosial sığorta güzəşti yalnız 2025-ci il yanvarın 1-dək ödənilən sığorta haqlarına tətbiq ediləcək.
Qanunun qəbulu ilə sığortaedənlər (sığortalılar) tərəfindən hesabatların təqdim edilməsi prosesində təcrübədə yaranmış uyğunsuzluqlar aradan qaldırılacaq, sığortaedənlərin (sığortalıların) fəaliyyətinin müvəqqəti dayandırılması, habelə sığortaedən (sığortalı) hüquqi şəxsin ləğv edilməsi, yaxud fiziki şəxsin fəaliyyətinə xitam verilməsi zamanı hesabatın təqdim edilməsi vaxtı tənzimlənəcək.
Həyatın yığım sığortası sahəsində vergi və sosial sığorta ilə bağlı güzəştlərin dövlət sektoruna münasibətdə ləğvi nəticəsində dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artacağı proqnozlaşdırılır. / marja.az

Banklar     Tarix: 20 noyabr 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kicik biznes leobank kart telefonla pul qazanmaq biznes ideyalari