Heyvanların və meyvə bağlarının sığortasında yeniliklər – SAMUXDA AQRAR SIĞORTA TƏDBİRİ

Heyvanların və meyvə bağlarının sığortasında yeniliklər – SAMUXDA AQRAR SIĞORTA TƏDBİRİAzərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığortaya xüsusilə heyvandarlıq təsərrüfatlarının marağı artmaqdadır. 
Kənd təsərrüfatı heyvanlarının və meyvə bağlarının sığortası, bu sahədəki yeniliklər və fermerləri maraqlandıran məsələlər Aqrar Sığota Fondu və Samux Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən "Dayanıqlı fermer təsərrüfatı üçün aqrar sığorta" tədbirində müzakirə edilib. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırması şöbəsinin müdiri Arif Ağayev Samuxda kənd təsərrüfatı üçün böyük imknalar olduğunu, xüsusilə çoxsaylı heyvnadarlıq təsərrüfatlarının mövcul olduğunu, eləcə də son illər meyvə bağlarının salındığınıü bildirib. 
Tədbirdə bildirilib ki, Samux rayonundakı 25,6 min hektar əkin sahəsinin 10,7 min hektarı taxıl əkinləri, qalan hissə isə digər bitkilərin əkini üçün istifadə olunur. Rayonda əkin sahələrinin 8,8 min hektarı sığortalanıb.  
A.Ağayev təsərrüfatların qorunması üçün aqrar sığortanın əhəmiyyətini qeyd edərək fermerləri bu imkandan istifadə etməyə çağırıb. 
Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov aqrar sığotrta mexanizmi, onun əhatə etdiyi məhsullar və risklər barədə məlumat verib, onun sözlərinə görə, sığorta haqqının 50%-nin dövlət tərəfindən ödənilməsi sayəsində fermerlər  cüzi məbləğ ödəməklə təsərrüfatlarını müxtəlif risklərdən sığorta edə bilərlər. 
Fondun idarə heyətinin üzvü, aqrar sığortanın xüsusilə son dövrlər Samuxda geniş salınan meyvə  - şaftalı, nektarin, ərik və sair bağları üçün mühüm olduğunu qeyd edərək bildirib ki, təsərrüfatlar yeni salınan bağların tingini, ağacları və toplanacaq məhsulu sığorta edə bilərlər. 
Görüşdə keçirilən təqdimatda bildirilib ki, 660 ting olan 1 hektarlıq sahədəki tinglərin qorunması cəmi 14-15 manata, ildə 20 manatlıq məhsul verən meyvə ağaclarının sığortası isə fermerlərə 30-40 qəpiyə başa gəlir. 
Xatırladaq ki, Samux rayonunda çoxsaylı heyvandarlıq təsərrüfatları da var. Hazırda rayonda 23,7 min iri buynuzlu, 123 min xırdabuynuzlu olmaqla, ümumilikdə 146,7 min kənd təsərrüfatı heyvanı var. 
Bildirilib ki, qaydalara edilən dəyişikliyə əsasən heyvnaların sığorta tarifləri aşağı salınıb, nəticədə 1000 manatlıq mal-qaranı (inək, camış və sair) cəmi 26 manata, 300 manat qiyməti olan xırdabuynuzlu heyvanı (qoyun və keçi) cəmi 7,8 manata sığorta etmək mümkündür. 
Tədbirdə bildirilib ki, sığortalanmaq üçün heyvanlar qeydiyyatdan keçirilməli və müvafiq qaydada birkalanmalıdır. 
Aqrar sığorta barədə məlumat fermerlərin böyük marağına səbəb olub. İştirakçılar taxıl və meyvə bağlarının sığortası, eləcə də kənd təsərrüfatı heyvanlarının sığortası ilə bağlı Aqrar Sığorta Fondu nümaynədələrinə çoxsaylı suallar ünvanlayıb, təkliflər səslindəriblər. Bütün suallara ətraflı cavablar verilib. 
Aqrar sığortanın əhatə etdiyi məhsullar və risklər, eləcə də sığorta haqları barədə ətraflı məlumatı  Aqrar Sığorta Fondunun www.asf.gov.az rəsmi internet səhifəsindən və səhifədəki "Bitkiçilik sığortası kalkulyatoru" və "Heyvandarlıq sığortası kalkulyatoru" vasitəsilə əldə etmək mümkündür. Fermerlər həmçinin Fondun 1651 çağrı mərkəzinə zəng etməklə, aqrar sığorta barədə məlumat ala, təsərrüfatlarını sığortalaya bilərlər. / marja.az

Banklar     Tarix: 06 mart 2024

Oxşar xəbərlər

Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyət imkanlarının genişləndirilməsi məqsədilə qanunvericiliyə dəyişikliklər üzərində işləyir. Bunu AMB-nin Bank Olmayan Kredit Təşkilatların

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib

Azərbaycanın bank sektoru 2026-cı ilin yanvar–sentyabr aylarını mənfəətlə başa vurub. Bankların xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 171 milyon 100 min manat və ya 18,8 faiz artaraq 1 milyard 81 milyon 800 mi

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand


iqtisadi xeberler depozit faizleri leobank kart birbank biznes xeberleri