İcbari Sığorta Bürosu 2 saylı Bakı "ASAN xidmət" mərkəzində fəaliyyətə başlayır

İcbari Sığorta Bürosu 2 saylı Bakı İcbari Sığorta Bürosu (İSB) vətəndaş məmnuniyyətinin yüksəldilməsi, xidmətlərin əlçatanlığının və şəffaflığın daha da artırılması istiqamətində fəaliyyətini genişləndirərək yeni təşəbbüsə imza atıb. Müraciətlərin daha operativ və rahat şəkildə qəbul edilməsi məqsədilə xidmətlərin "ASAN xidmət" mərkəzlərində təşkilinə başlanılır.
Marja xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2 saylı Bakı "ASAN xidmət" mərkəzində İcbari Sığorta Bürosunun xidmət pəncərəsi yaradılıb.
06 iyul 2026-cı il tarixindən etibarən İcbari Sığorta Bürosuna vətəndaş müraciətləri yalnız 2 saylı Bakı "ASAN xidmət" mərkəzində (Bakı şəhəri, 8 Noyabr prospekti 23, AMAY Ticarət Mərkəzinin 2-ci mərtəbəsi) fəaliyyət göstərən xidmət pəncərəsi vasitəsilə qəbul ediləcək.
İSB vətəndaşların işini asanlaşdırmaq məqsədilə elektron xidmətlərin tətbiqinə xüsusi önəm verir və bu istiqamətdə son dövrlərdə bir sıra rəqəmsal yeniliklər istifadəyə verilib. Vətəndaşlar İSB-nin rəsmi internet səhifəsinin (www.isb.az) "Şəxsi kabinet" və "Elektron xidmətlər" bölmələri vasitəsilə bir sıra xidmətlərdən onlayn şəkildə faydalana bilərlər.
Eyni zamanda, www.isb.az portalında "İcbari sığorta müqavilələrinin yoxlanılması" bölməsi vasitəsilə sığorta müqavilələrinin qüvvədə olub-olmadığını yoxlamaq mümkündür.
İSB vətəndaşlara daha rahat və innovativ xidmətlərin təqdim edilməsi, yeni rəqəmsal həllərin tətbiqi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək. / marja.az

Banklar     Tarix: 01 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq