İlin sonunadək Azərbaycanın Xorvatiyaya ixrac missiyası təşkil oluna bilər

İlin sonunadək Azərbaycanın Xorvatiyaya ixrac missiyası təşkil oluna bilərBiz ənənəvi olaraq Xorvatiya ilə bir neçə ildən bir forumlar keçiririk. Dinamikamız çox müsbətdir. Azərbaycan-Xorvatiya biznes-forumunda Xorvatiyadan 14 şirkət, Azərbaycandan isə 25-dək şirkət iştirak edib. Eyni zamanda, forumda dövlət nümayəndələri də iştirak edib. Düşünürük ki, bu forum ikitərəfli əlaqələrə yaxşı töhfə verəcək.
Bunu açıqlaması zamanı Bakıda keçirilmiş Azərbaycan-Xorvatiya biznes-forumu zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyib.
"Bu forumda iştirak edən bəzi Xorvatiya şirkətləri işğaldan azad olunmuş ərazilərdə müəyyən proseslərdə, tenderlərdə iştirak etmək istəyirlər. Hazırda dövlət qurumları və aidiyyəti qurumlarla görüşlər təşkil olunub. Ümid edirik ki, növbəti addım kimi artıq Xorvatiya şirkətlərinin, yəni, Avropa İttifaqı, Avropada fəaliyyət göstərən şirkətlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində fəaliyyəti genişlənəcək", - deyə Yusif Abdullayev bildirib.
Eyni zamanda, Azərbaycan məhsullarının Xorvatiyaya ixracı ilə bağlı bəzi danışıqların aparıldığını qeyd edən AZPROMO-nun icraçı direktoru deyib ki, 2021-ci ildə təşkil olunmuş forum çərçivəsində, Xorvatiyadan olan bir neçə məşhur markalarla əldə olunmuş razılığa əsasən Azərbaycana ixrac başlayıb: "Xorvatiya məhsullarının Azərbaycan bazarında genişləndirilməsinin konkret nəticələrini görürük. Ümumiyyətlə forum konkret nəticələrə yönəlib. Biz düşünürük ki, Xorvatiya ilə bir sıra sahələrdə münasibətlərimiz genişlənə bilər. Bilirsiniz ki, Xorvatiya turizm sahəsində potensialı olan bir ölkədir və onlarla ciddi təcrübə mübadiləsi aparılır. Eyni zamanda, Xorvatiya ilə ilin sonunadək ixrac missiyasının təşkili məsələsini Xorvatiya Ticarət Palatası ilə müzakirə edirik. Hər iki tərəf real nəticələr görsə, ilin sonunadək Xorvatiyaya ixrac missiyası təşkil olunacaq. Azərbaycanın Xorvatiya ilə enerji sahəsində əməkdaşlığı var, biz artıq daha çox qidaya fokuslanırıq. AZPROMO olaraq əsas məqsədimiz qeyri-neft-qaz məhsullarının, əsas prioritet isə hər iki ölkədən qida məhsullarının ixracıdır".
© Azərtac / marja.az

Maliyyə     Tarix: 18 mart 2024

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Dövlət Vergi Xidməti süni intellektə keçir, məktubları artıq süni intellekt emal edir

Dövlət Vergi Xidməti (DVX) süni intellekt və məlumat analitikası texnologiyalarının tətbiqini genişləndirir. Hazırda qurumda sənəd dövriyyəsi, proqram təminatının test edilməsi, ƏDV geri al sisteminin emalı və digər istiqamətlərd


iqtisadi xeberler valyuta xeberleri biznes xeberleri avtomobil xeberleri biznes ideyalari