"İnflyasiya hələ də FED-in hədəfinin üzərindədir"
Xəbər verdiyimiz kimi ABŞ Mərkəzi Bankı (FED) faizini dəyişməyərək 5,25-5,50 faiz aralığında saxlayıb.
Marja.az xəbər verir ki, FED sədri Cerom Pauell (Jerome Powell) faiz qərarından sonra təşkil edilən mətbuat konfransında monetar sərtləşdirmənin tam təsirinin hələ də hiss edilmədiyini bildirib.
İnflyasiyanın hələ də hədəfin üzərində olduğunu qeyd edən Pauell, "Hədəfimizə çatmaq üçün hələ getməli olduğumuz bir yol var" deyib. Pauell bildirib ki, hazırda onların gündəmində faiz endirimi yoxdur.
Pauellin çıxışından diqqət çəkən məqamlar aşağıdakılardır:
- Biz pul siyasətində nə qədər irəli getdiyimizi düşünərək ehtiyatla irəliləyirik. Pul Siyasəti Komitəsi iqtisadi məlumatlar və proqnozlar əsasında qərarlar qəbul edəcək.
- İnflyasiyanın hədəfə yaxınlaşdığına əmin olana qədər faiz dərəcələrinin bu səviyyələrdə qalacağını gözləyirik.
- Biz pul siyasəti mövqeyini kifayət qədər məhdudlaşdırıcı etmək əzmindəyik.
- İnflyasiyanın 2%-ə endirilməsi üçün uzun bir yolu var.
- Hazırda gözləmə mövqeyində olmağımız Pul Siyasəti Komitəsinə əlavə addımların lazım olub-olmadığını daha yaxşı başa düşməyə imkan verəcək.
- Maliyyə şərtləri əhəmiyyətli dərəcədə sərtləşib.
- Sentyabrda daha bir faiz artımının ola biləcəyinə işarə etdik, amma indi fərqli bir nöqtədəyik.
- Biz geosiyasi hadisələri onların iqtisadiyyata mümkün təsirləri üçün izləyirik.
FED iyul ayından bəri faizlərini 5.25-5.5% diapazonunda saxlayır. FED 4-ü 2023-cü ildə olmaqla 11 dəfə faiz artırdıqdan sonra ardıcıl iki iclasda pauza rejimindədir. FED gözləyərək indiyədək artırılan faizlərin təsirlərini görmək istəyir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?
Dünyanın ən varlı 10 müğənnisi
Shopify-da necə satışa başlamaq olar?
Dünyada ən çox oxunan 5 kitab