İngiltərə Mərkəzi Bankından sürpriz qərar
İngiltərə Mərkəzi Bankı (BOE ) inflyasiyanın aşağı düşməsi və tənəzzül qorxularının artması fonunda son 30 ildən çox müddət ərzində özünün ən aqressiv sərt pul siyasəti dövrünə fasilə verib.
Marja.az xəbər verir ki, BOE uçot dərəcəsini 5,25 faiz səviyyəsində dəyişməz saxlayıb.
Bloomberg sorğusuna qatılan iqtisadçıların gözləntiləri faiz dərəcəsinin 5,50 faizə yüksələcəyi idi.
Pul Siyasəti Komitəsinin beş üzvü uçot dərəcəsinin dəyişməz qalmasına səs versə də, dörd üzv faiz dərəcələrinin 5,5 faizə qaldırılmasını istəyib. Səsvermə hüququna malik olan sədr Endryu Beyli faiz dərəcələrini sabit saxlamağa üstünlük verib.
Ölkədə faiz dərəcəsinin 0,1 faiz olduğu 2021-ci ilin dekabrından başlayan sərtləşdirmə dövründə uçot dərəcəsi ardıcıl 14 dəfə artırılıb.
Bununla belə, BOE bunun fasilədə olduğunu və 2 faizlik hədəfdən xeyli yuxarı olan inflyasiyanın gözlənildiyi kimi düşməyəcəyi təqdirdə müdaxilə edəcəyini bildirib. Bank istehlak inflyasiyasının 2025-ci ilin ikinci rübündə hədəfə çatacağını təxmin edir.
BOE yazılı açıqlamasında, "İnflyasiyanın son aylarda çox aşağı düşdüyünü və bunun davam edəcəyini düşünürük. Bu yaxşı xəbərdir. İnflyasiyanın normala dönməsinə əmin olmalıyıq. Bunun üçün lazımi qərarları qəbul etməyə davam edəcəyik",- deyilir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dizaynerlər üçün TOP-5 Freelance sayt