"İnsanların və bizneslərin sığortaya daha çox maraq göstərməsi üçün yeni həllər üzərində işləmək lazımdır"

Bakıda "Azərbaycan Maliyyə Forumu 2025" tədbiri keçirilir.
Marja xəbər verir ki, tədbirdə PAŞA Sığorta şirkəti İdarə Heyətinin sədri Ülviyyə Cabbarova da çıxış edib.
O qeyd edib ki, bu forum maliyyə sektorunun gələcəyini formalaşdırmaq üçün birgə düşünmək və yeni ideyalar ortaya qoymaq baxımından önəmli platformadır. 
Ülviyyə Cabbarova, Maliyyə sistemi hər bir ölkənin iqtisadi dayanıqlılığında mühim rol oynayır və onun ayrılmaz hissələrindən biri də sığorta sektorudur" deyərək çıxışına belə davam edib:
"Sığorta təkcə fərdlərin və bizneslərin risklərini idarə etmək üçün bir vasitə deyil, həm də ümumi iqtisadi sabitliyi qorumağa xidmət edir. 
Son illərdə Azərbaycanın sığorta bazarı dinamik inkişaf edir və bunun real göstəricilərini görmək mümkündür. 2024-cü ilin nəticələrinə əsasən, sığorta bazarının həcmi 1 milyard 353 milyon 185 min manat təşkil edib. Bu rəqəm sektorun maliyyə sistemindəki rolunun əhənmiyyətini göstərir.
Əlbəttə ki, bu inkişaf sevindiricidir, amma qarşıda duran yeni imkanlar və çağırışları da diqqətdə saxlamalıyıq. Bu baxımdan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hazırlanmış "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" sığorta sektoru üçün olduqca əhəmiyyətlidir. Biz sığorta sektoru olaraq maliyyə bazarının digər iştirakçıları - banklar, investisiya qurumları və texnologiya şirkətləri ilə daha sıx əməkdaşlıq etdikcə, sektorun potensialı daha da genişlənəcək. 
Son illərdə rəqəmsallaşma bu sektorda yeni imkanlar açıb. Onlayn sığorta xidmətlərinin geniş yayılması, elektron müqavilələrin tətbiqi və avtomatlaşdırılmış həllərin inkişafı müştərilər üçün prosesi daha rahat və əlçatan edib. Ümumilikdə bütün gördüyümüz işlər elə məhz müştəri məmnuniyyətini artırılmasına və vətəndaşlara əlverişli imkanlar yaratmağa xidmət edir. Bunlar arasında təkmilləşdirilmiş mobil tətbiqlərin və yenilənmiş vebsaytların təqdim olunmasını, süni intellektin istifadəsi ilə xidmətlərin əlçatanlığının artırılmasını qeyd etmək olar.
Bununla yanaşı, sığortanın cəmiyyətdə daha geniş yayılması üçün maarifləndirmə işlərinin gücləndirilməsi də aktualdır. Sığortanın yalnız bir öhdəlik kimi deyil, həm də maliyyə təhlükəsizliyinin ayrılmaz hissəsi kimi qəbul edilməsi vacibdir. İnsanların və bizneslərin bu sahəyə daha çox maraq göstərməsi üçün yeni həllər və innovativ yanaşmalar üzərində işləmək lazımdır. 
Bugünkü forumun bu mövzular ətrafında dəyərli müzakirələrə şərait yaradacağına inanıram. Burada səsləndirilən fikirlər və təkliflər sektorumuzun daha da inkişaf etməsinə töhfə verəcək".  / marja.az

Banklar     Tarix: 14 fevral 2025

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bu gunun xeberleri birbank valyuta kurslari bank faizleri