İpoteka bazarında fəallıq zəifləyir – Fond (İZKF) isə həm ayırmaları, həm də vəsait cəlbini azaldır
Azərbaycanda ipoteka kreditlərinin ümumi həcmi 2026-cı ilin ilk beş ayının yekununda 4.71 mlrd. manata çatsa da, həm bankların, həm də Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun kreditləşmədə iştirakı zəifləyir.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbə verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 303.6 mln. manat və ya 7% artıb. 2025-ci ilin ilk beş ayında ipoteka portfelinin həcmi 4.4 mlrd. manat olmuşdu.
Hesabat dövründə banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 200 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 4.5 mln. manat və ya 2.2% azdır. Ötən ilin eyni dövründə bu göstərici 204.5 mln. manat olmuşdu.
Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 150.4 mln. manatdan 100.4 mln. manata enib. Beləliklə, bu istiqamətdə illik azalma 50 mln. manat və ya 33.2% təşkil edib.
Dövlət büdcəsindən Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna ayrılan vəsait dəyişməyərək 42.5 mln. manat səviyyəsində qalıb.
Eyni zamanda Fondun yerləşdirdiyi istiqrazların həcmi də azalıb. Belə ki, 2025-ci ilin ilk beş ayında 330 mln. manat həcmində istiqraz yerləşdirildiyi halda, 2026-cı ilin eyni dövründə bu göstərici 200 mln. manat olub. Bu isə illik müqayisədə 130 mln. manat və ya 39.4% azalma deməkdir.
Azalmanı hələ İKZF-in ilk rüb üçün təqdim etdiyi rəqəmlər də ilkin olaraq təsdiqləyirdi. 2026-cı ilinilk rübündə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76.1% azalaraq 124.9 mln. manatdan 29.9 mln. manata düşüb. Kreditlərin sayı da 1 251-dən 353-ə enərək 71.8% azalıb.
İpoteka kreditlərinin ümumi həcmi 2021-ci ilin ilk beş ayındakı 2.16 mlrd. manatdan 2026-cı ilin eyni dövründə 4.71 mlrd. manata yüksələrək təxminən 2.2 dəfə artıb. Bununla belə, əsas diqqət çəkən məqam isə ipoteka kreditlərinin əvvəlki illərlə müqayisədə daha aşağı dinamika ilə artımdır. Məsələn, 2022-ci ildə portfelin artım dinamikası ilin mayı üzrə illik 21%, 2023-cü ildə 25%, 2024-cü ildə 19%, 2025-ci ildə 13% artsa da, cari ilin eyni dövründə bu artım dinamika bir rəqəmli – 7%-ə qədər kəskin eniş göstərib.
Əlavə olaraq ipoteka kreditləri, əsasən də yeni, əvvəlki illərlə müqayisədə daha baha görünür. İKZF-in ipoteka portfeli üzrə orta göstəricilərinə baxdıqda orta faizlər təqribən son dörd ildə 6.31 faizdən 6.38 faizə qalxıb. Bu, 2020-ci ilin sentyabrından bu tərəfə ən yüksək göstəricidir.

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
ZARA-nın uğur hekayəsi
Digital Card nədir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
SMM nə deməkdir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?