İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – Siyahı

İpoteka krediti əldə edən zaman ən çox girov qoyulan əmlaklar – SiyahıÖlkəmizdə ipoteka krediti əldə edən zaman daha çox daşınmaz əmlak girov olaraq rəsmiləşdirilir. Belə ki, vətəndaşlar yaşayış evi və ya mənzil almaq üçün ipoteka kreditinə müraciət edirlər. Daşınmaz əmlakların daha çox alqı-satqı prosesində iştirak etməsi və girov predmeti olması isə bu bazarın canlanmasına səbəb olur. Bu sahə üzrə 2022-ci ilin statistikasına nəzər yetirək.
2022-ci ildə bağlanan ipoteka müqavilələrinin sayı
2022-ci ildə ölkəmizdə 72.977 daşınmaz əmlak üzrə ipoteka müqaviləsi qeydə alınıb. Bu, 2021-ci il ilə müqayisədə 19.202 və ya 35,7% çox olub.   
2022-ci il ərzində ən çox girov qoyulan daşınmaz əmlaklar 
2022-ci il ərzində Azərbaycanda girov qoyulan əmlaklar sırasında mənzillər, torpaq sahələri və fərdi yaşayış evləri ilk 3-lükdədir. Ən çox girov qoyulan daşınmaz əmlak isə mənzillərdir. Belə ki, 2022-ci ildə 42.970 mənzil üzrə ipoteka müqaviləsi bağlanılıb. Ötən ildə girov qoyulmuş ümumi 72.977 əmlakdan 12.280-i torpaq sahəsinin, 10.818-i isə fərdi yaşayış evinin payına düşüb.
2022-ci il ərzində daşınmaz əmlak növləri üzrə 
ipoteka müqavilələri
Əmlak növləri
Müqavilə sayı
Ümumi göstəricidə payı (faizlə)
Mənzil
42970
58.9%
Torpaq sahəsi
12280
16.8%
Fərdi yaşayış evləri
10818
14.8%
Qeyri-yaşayış sahələri
2438
3.3%
Qeyri-yaşayış binaları
2317
3.2%
Bağ evləri
1356
1.9%
Digərləri
798
1.1%
Ümumi
72977
100.0%
Daşınmaz əmlak üzrə ən çox ipoteka müqaviləsi paytaxt Bakıda bağlanıb. Ötən il ərzində paytaxtda ümumilikdə 40.454  ipoteka müqaviləsi bağlanılıb ki, bu da ölkə üzrə ümumi göstəricinin 55,4%-ni təşkil edir. Bakıdan sonra ən çox ipotekanın dövlət qeydiyyatı Əmlak Məsələləri Dövlət Xidmətinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 4 saylı Abşeron (8959 müqavilə), 2 saylı Sumqayıt (4714 müqavilə), 3 saylı Gəncə (3207 müqavilə) və 5 saylı Xaçmaz ərazi idarələrində (3009 müqavilə) aparılıb. Həmçinin, 17 saylı Yevlax və 13 saylı Şirvan ərazi idarələri də daşınmaz əmlakın ən çox girov qoyulduğu bölgələr sırasındadır. Bunu, həm də bölgədəki iqtisadi aktivliyin göstəricilərindən biri kimi qiymətləndirmək olar.
Sıra №
Ərazi İdarələrinin adı
İpoteka müqaviləsinin ümumi sayı
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
40454
55.4%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
8959
12.3%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
4714
6.5%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
3207
4.4%
5.
5 saylı Xaçmaz Ərazi İdarəsi
3009
4.1%
6.
17 saylı Yevlax Ərazi İdarəsi
1509
2.1%
7.
13 saylı Şirvan Ərazi İdarəsi
1315
1.8%
8.
7 saylı Bərdə Ərazi İdarəsi
1204
1.6%
9.
6 saylı Beyləqan Ərazi İdarəsi
1053
1.4%
10.
10 saylı Lənkəran Ərazi İdarəsi
1010
1.4%
11.
11 saylı Şəmkir Ərazi İdarəsi
970
1.3%
12.
15 saylı Tovuz Ərazi İdarəsi
911
1.2%
13.
8 saylı Cəlilabad Ərazi İdarəsi
856
1.2%
14.
12 saylı Şəki Ərazi İdarəsi
841
1.2%
15.
9 saylı Qəbələ Ərazi İdarəsi
824
1.1%
16.
16 saylı Ucar Ərazi İdarəsi
786
1.1%
17.
14 saylı Şamaxı Ərazi İdarəsi
764
1.0%
18.
18 saylı Zaqatala Ərazi İdarəsi
591
0.8%
Ölkə üzrə
72977
100%
Ayrı-ayrı əmlak növləri üzrə girovların ölkənin regionlar üzrə bölgüsünə nəzər saldıqda isə daha maraqlı nəticələr ortaya çıxır. Belə ki, 2022-ci ildə ölkədə mənzillərin ən çox girov qoyulduğu ərazilər Bakı, Abşeron və Sumqayıtdır. Bütün girov qoyulan mənzillərin 93,2%-i bu üç ərazi idarəsinin payına düşür. Ölkənin regionlarında isə mənzillərin ən çox girov qoyulduğu bölgələr 3 saylı Gəncə, 17 saylı Yevlax, 13 saylı Şirvan ərazi idarələrinin xidmət dairəsində yerləşən şəhər və rayonlar üzrə müəyyən olunub. Mənzillərin ən az girov qoyulduğu bölgələr isə 14 saylı Şamaxı (20 müqavilə), 9 saylı Qəbələ (22 müqavilə) və 11 saylı Şəmkir (34 müqavilə) ərazi idarələridir.
Mənzillərin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı 
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
31290
72.8%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
5581
13.0%
3.
2 saylı Sumqayıt Ərazi İdarəsi
3156
7.3%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
1227
2.9%
5.
17 saylı Yevlax Ərazi İdarəsi
572
1.3%
6.
13 saylı Şirvan Ərazi İdarəsi
294
0.7%
2022-ci il ərzində girov qoyulan fərdi yaşayış evlərinin sayına görə paytaxt ilk yeri tutur. Ancaq bölgələrdə də bu kateqoriya üzrə aktivlik müşahidə olunur. Ölkənin bölgələrində fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu rayonlar 3 saylı Gəncə, 5 saylı Xaçmaz, 7 saylı Bərdə və 10 saylı Lənkəran ərazi idarələrinin dislokasiyalarında yerləşir.
Fərdi yaşayış evlərinin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı 
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
3063
28.3%
2.
4 saylı Abşeron Ərazi İdarəsi
1547
14.3%
3.
3 saylı Gəncə Ərazi İdarəsi
999
9.2%
4.
5 saylı Xaçmaz Ərazi İdarəsi
736
6.8%
5.
7 saylı Bərdə Ərazi İdarəsi
578
5.3%
6.
10 saylı Lənkəran Ərazi İdarəsi
449
4.2%
Ötən il ərzində ən çox torpaq sahəsinin girov qoyulduğu ərazilər sırasında ilk üçlüyü müvafiq olaraq 1 saylı Bakı, 5 saylı Xaçmaz və 4 saylı Abşeron ərazi idarələri tamamlayır. Torpaqların ən az girov qoyulduğu bölgələr isə 8 saylı Cəlilabad (228 müqavilə) və 10 saylı Lənkəran (286 müqavilə) ərazi idarələridir.
Torpaq sahələrinin ən çox girov qoyulduğu bölgələr
Sıra №
Ərazi İdarələri
İpoteka müqaviləsinin sayı 
Ölkə üzrə göstəricidə payı
(faizlə)
1.
1 saylı Bakı Ərazi İdarəsi
2058
16.8%
2.
5 saylı Xaçmaz Ərazi İdarəsi
1987
16.2%
3.
4 saylı Abşeron Ərazi İdarəsi
1452
11.8%
4.
3 saylı Gəncə Ərazi İdarəsi
677
5.5%
5.
2 saylı Sumqayıt Ərazi İdarəsi
644
5.2%
6.
11 saylı Şəmkir Ərazi İdarəsi
589
4.8% / banker.az

Banklar     Tarix: 27 fevral 2023

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

"Yelo Bank" rəhbərliyini yenidən təyin edəcək – 2027-ci ilin büdcəsi və yeni strategiya təsdiqlənəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin üzvləri və sədrinin vəzifəyə yenidən təyin edilməsi məsələsinə baxılacaq. xəbər verir ki, bu barədə Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağının çağırılmasına dair bildirişind

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler dollar mezenne bitkoin emlak xeberleri dollar manat kursu