İpoteka və Kredit Zəmanət Fondu 27 mln. manata yaxın xalis mənfəət əldə edib

İpoteka və Kredit Zəmanət Fondu 27 mln. manata yaxın xalis mənfəət əldə edibAzərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu 2025-ci ili 26.85 mln. manat xalis mənfəətlə başa vurub.
Banker.az xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 15.49% çoxdur. Mənfəətin artımı əsasən xalis faiz gəlirlərinin 13.94% artaraq 41.96 mln. manata, əməliyyat gəlirlərinin isə 12.78% yüksələrək 40.87 mln. manata çatması ilə bağlı olub. Eyni zamanda, ehtimal olunan kredit zərəri üzrə xərclər 18.37%, insan resursları üzrə xərclər 3.06%, inzibati və digər xərclər isə 12.96% artıb.
Fondun əməliyyat gəlirləri 40.87 mln. manat, əməliyyat xərcləri isə 13.42 mln. manat təşkil edib. Gəlirlər illik müqayisədə 12.78%, xərclər isə 6.77% artıb. Xalis faiz gəlirləri 41.96 mln. manata yüksəlsə də, haqq və komissiya gəlirləri 15.32%, digər gəlirlər isə 17.47% artıb.
2025-ci ilın sonuna Fondun cəmi aktivləri 4 mlrd. manata çatıb ki, bu da illik müqayisədə 19.23% artım deməkdir. Aktivlərin 63.64%-ni təşkil edən ipoteka kredit portfeli 2 546.01 mln. manata yüksələrək 16.81% artıb. Amortizasiya olunmuş dəyərdə borc alətləri 79.35 mln. manat olub ki, bu da 12.22% azalma deməkdir. Satmaq öhdəliyi ilə kirayə üçün yaşayış sahələri fondu isə 31.21 mln. manata enərək 4.91% azalıb.
İKZF cəmi öhdəlikləri 2 mlrd. 661.15 mln. manat olub və illik müqayisədə 25.17% artıb. Buraxılmış qiymətli kağızlar 2 585.41 mln. manata yüksələrək 25.05% artıb. Cəmi kapital 1 mlrd. 339.64 mln. manat təşkil edib ki, bu da 10.32% çoxdur. Nizamnamə kapitalı 1 153.40 mln. manata çataraq 7.96%, kapital ehtiyatları 17.18%, bölüşdürülməmiş mənfəət isə 15.49% artıb. Hesabat dövründə dividend ayrılması barədə məlumat açıqlanmayıb. Fondun işçi sayı il ərzində 184 nəfərdən 189 nəfərə yüksələrək 2.72% artıb.
Hesabatda qeyd olunur ki, 2025-ci il dövlət büdcəsi çərçivəsində Fonda güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 85 mln. manat, sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlər üzrə faiz subsidiyaları üçün isə 15 mln. manat olmaqla ümumilikdə 100 mln. manat vəsait ayrılıb. Bundan əlavə, Fond nominal dəyəri hər biri 1 000 manat olan, illik 3.00–3.25% gəlirliliklə 150 min ədəd istiqraz buraxaraq Bakı Fond Birjasında yerləşdirib.
"Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu" Azərbaycan Prezidentinin 2005-ci il 16 sentyabr tarixli Fərmanı ilə yaradılıb. Fondun nizamnamə kapitalı 1 mlrd. 153.4 mln. manatdır. Fondun təsisçisi və yeganə səhmdarı Azərbaycan dövlətidir.
Maraqlıdır ki, Azərbaycanda ipoteka portfeli son beş ildə 2.2 dəfə artaraq 4.71 mlrd. manata çatsa da, artım tempi əhəmiyyətli dərəcədə zəifləyib. May ayı üzrə illik artım 2022-ci ildə 21%, 2023-cü ildə 25%, 2024-cü ildə 19%, 2025-ci ildə 13% olduğu halda, 2026-cı ildə 7%-ə enib. Eyni zamanda, bu ilin ilk beş ayında Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditlərinin həcmi 33.2% azalaraq 100.4 mln. manata düşüb. İlk rübün nəticələrinə görə isə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi 76.1%, kredit alanların sayı isə 71.8% azalıb. Bununla yanaşı, Fondun ipoteka portfeli üzrə orta faiz dərəcəsi son dörd ilin ən yüksək səviyyəsinə – 6.38%-ə yüksəlib. Azalmanı hələ İKZF-in ilk rüb üçün təqdim etdiyi rəqəmlər də ilkin olaraq təsdiqləyirdi. 2026-cı ilin ilk rübündə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 76.1% azalaraq 124.9 mln. manatdan 29.9 mln. manata düşüb. Kreditlərin sayı da 1 251-dən 353-ə enərək 71.8% azalıb.

Banklar     Tarix: 04 iyul 2026

Oxşar xəbərlər

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb

Azərbaycan banklarının faiz və qeyri-faiz gəlirlərinin cəmi 2026-cı ilin ilk doqquz ayında 5 milyard 728,6 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 75,1% çoxdur. 2025-ci ilin ilk doqquz ayında bankları

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq