İranın Azərbaycandakı bankının mənfəəti və gəlirləri azalıb
2026-cı ilin yanvar-sentyabr aylarında "Bank Melli İran" Bakı filialının xalis mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 28.2% azalaraq 3 milyon 144.2 min manat təşkil edib. 2025-ci ilin ilk 9 ayında filial 4 milyon 378.3 min manat xalis mənfəət əldə etmişdi.
Banker.az bu barədə bankın rüblük hesabatına istinadən xəbər verir.
Bankın 3-cü rübdə xalis faiz gəlirləri ötən ilin eyni dövründəki 4 milyon 297 min manatdan 8.4% azalaraq 3 milyon 935 min manata düşüb. İnzibati xərclər ötən ilin 9 ayında 1 milyon 261 min manat olduğu halda, bu il 12% artaraq 1 milyon 412 min manata yüksəlib. Haqq və komissiya gəlirləri 17,1 min manatdan 26,2 min manata çatıb, haqq və komissiya xərcləri 93,4 min manatdan 56 min manata enib.
Hesabat dövründə bankın cəmi aktivləri 120.3 milyon manatdan 5% azalaraq 114.3 milyon manata düşüb. Müştərilərə verilmiş kreditlər isə 21% artaraq 2.8 milyon manata yüksəlib.
"Bank Melli İran" Bakı filialının cəmi kapitalı 53.35 milyon manatdan 56.50 milyon manata çatıb. Bankın nizamnamə kapitalı 73.61 milyon manat səviyyəsində dəyişməz qalıb. Bankın yığılmış zərəri isə 15.5% azalaraq 20.26 milyon manatdan 17.11 milyon manata düşüb

Advisory Banking: Biznesin ehtiyacını anlayan bank modelinə doğru
Aqrar biznesə dəstək: "PAŞA Sığorta" 280 000 manata yaxın zərəri ödədi
Ayda cəmi 3 manat ödəyin, heyvan tələf olarsa 1350 manat alın
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir
Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır
ABB 12 ay faizsiz ödəniş imkanı yaradan "TamKart Max" kredit kartını təqdim etdi! ®
"Bitcoin"in qiyməti yenidən - 85 min dolları ötüb
"Bitcoin" 83 min dollardan aşağı düşüb - SON QİYMƏT
Swift nədir?
Onlayn biznes növləri
İban nədir?
Biznes plan necə yazılır?
İnvestisiyanın necə cəlb etmək olar?