İri bank "Azərbaycanın ən yaxşı bankı 2025" mükafatına layiq görülüb

İri bank Ölkənin aparıcı korporativ bankı "PAŞA Bank" nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən "Azərbaycanın ən yaxşı bankı 2025" nominasiyasında qalib elan olunub.
Bankın yaydığı press-relizdə bildirilir ki, mükafat 17 iyul 2025-ci il tarixində Londonda keçirilən ənənəvi "Awards for Excellence – 2025" mükafatlarının təqdimatı zamanı "PAŞA Bank"ı təmsil edən nümayəndə heyətinin rəhbəri, İdarə Heyətinin sədri Cavid Quliyevə və rəhbər heyətə təqdim olunub.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
"Euromoney" mütəxəssisəri bankları hər nominasiya üzrə meyarlara uyğun xüsusi qiymətləndirmə sistemləri və metodlardan istifadə etməklə dəyərləndirir. Əsas parametrlər arasında bazar payının artımı və maliyyə göstəricilərinin yaxşılaşdırılması, məhsul, xidmət, rəqəmsal həllər və texnologiyalarda innovasiyaların tətbiqi yer alır. Qiymətləndirmə sistemi iştirakçıların uğurlu strategiyalar, texnologiya yenilikləri və fərqli biznes təşəbbüslərlə bazara təsirini açıq göstərir.
2025-ci ildə "PAŞA Bank" HSBC, Morgan Stanley, Santander, Societe Generale kimi bir sıra nüfuzlu banklarla yanaşı bu mükafatla təltif olunub.
Cavid Quliyev mükafatı rəhbərlik etdiyi qurumun göstərdiyi dayanıqlı və yüksək səviyyəli xidmətinin beynəlxalq səviyyədə təkrar təsdiqi kimi qiymətləndirib.
"PAŞA Bank real sektor biznesləri ilə vaxtında və sıx dialoqa girərək, onların qarşılaşdıqları çətinlikləri aşkar edib həll yolları təklif edir. Bu proaktiv yanaşma sahibkarların bazardakı mövqeyini qoruyub möhkəmləndirməsinə kömək edir, Bankın kredit portfelinin keyfiyyətini yüksəldir və ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli töhfə verir. Müştəri yönümlü yanaşmamızı daha da gücləndirərək, gələcək illərdə innovativ və etibarlı bank təcrübəsi yaratmağa davam etməyi hədəfləyirik. Bankın hər bir əməkdaşına göstərdikləri davamlı və keyfiyyətli işə görə təşəkkür edir, bu prestijli mükafatın əldə olunmasında onların böyük payı olduğunu qeyd etmək istəyirəm", - deyə Cavid Quliyev vurğulayıb.
Qeyd edilib ki, son illərdə mühüm uğurlar əldə edən "PAŞA Bank", müştəriyönümlü yanaşması, rəqəmsallaşmaya əsaslanan inkişaf strategiyası və innovativ həlləri ilə seçilir. 2025-ci ilin "CustomerFirst" ili elan olunması bu istiqamətin strateji şəkildə davam etdirildiyini və müştəri məmnuniyyətinin Bank üçün əsas prioritet olduğunu göstərir. Rəqəmsal imkanlarla təqdim olunan çevik və etibarlı maliyyə həlləri isə ölkə iqtisadiyyatına, qeyri-neft sektorunun inkişafına və rəqabət qabiliyyətinin artmasına mühüm töhfə verir.
Belə ki, real sektorda bizneslərin inkişaf hədəfini rəhbər tutan "PAŞA Bank", 2025-ci ilin 6 ayının nəticələrinə görə, 3.280 mlrd AZN kredit portfelinin 85%-ə qədərini qeyri-neft sektoruna aid edib. Qeyri-neft sektoru daxilində ayrılan məbləğin 30 %-ə qədəri ticarət, 15 %-i tikinti, 11%-i nəqliyyat,  8%-i kənd təsərrüfatı,  38%-i isə sənaye, İKT, digər qeyri istehsal və xidmət sektorunu əhatə edir.
İri bank / marja.az

Banklar     Tarix: 18 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq