İş görüşməsində ən çox verilən suallar

İş görüşməsində ən çox verilən suallarMüsahibə işə qəbulun ən önəmli hissəsidir. Burada sizin müracət etdiyiniz vəzifəyə uyğun olub olmamanız yoxlanılır. Sizə HR mütəxəssis tərəfindən müxtəlif suallar verilir və cavablarınıza uyğun olaraq sizin barədə müsbət və ya mənfi fikir formalaşır. Müsahibədə ilkin təəssüratlar çox önəmlidir. Siz hər nə qədər həyacanlı olsanız da mümkün dərəcə bunu qarşı tərəfə hiss etdirməmək lazımdır. Sizin sıxılaraq oturmağınız və ya tez-tez əllərinizlə oynama, gözlərinizi qaçırma kimi hərəkətləriniz qarşıdakı şəxsdə yaxşı fikir formalaşdırmayacaq.Bu kimi halların yaşanmaması üçün bədən dili haqqında araşdırma etməyiniz yaxşı olardı.
Gəlin müsahibədə verilə biləcək sualları və onlara necə düzgün, dolğun cavablar verə biləcəyiniz haqda biraz danışaq.
İş görüşməsində ən çox verilən suallar1. Özünüz haqqında qısaca danışın. Bu sualı verən Hr onsuz da sizin Cv-nizi dəyərləndirərkən məlumatları oxuyub. Burda əsas məqsəd sizin özünüzü təqdim etmə bacarığınıza baxılmasıdır. Suala ortalama 2-4 dəqiqəlik dolğun cavab verilməyi daha doğrudur. Əvvəlki iş təcrübələrinizdəki uğurlarınızı qeyd etməyə çalışın.
2. Əvvəlki iş yerinizdən ayrılma səbəbiniz nədir? Bura da çalışın ki, ümumi bir səbəb deyəsiz. Baş verən problemlər və ya rəhbərlik, iş yoldaşlarınız barədə mənfi fikirlər bildirməyiniz yaxşı deyil.
3. Niyə bizim şirkəti seçdiniz və ya bizim haqqımızda nə bilirsiz? Müsahibəyə gedəcəyiniz şirkət haqqında araşdırmalar edin. Onların sosial şəbəkələrinə göz gəzdirin, qısacası şirkətin mədəniyyətini anlamağa çalışın.
4. 5 ildən sonra özünü harada görürsünüz? Müsahibə sualları içərisində ən populyar olanıdır desək yerinə düşər. Siz bu suala cavab verərkən qarşı tərəfə şirkətə bağlılığınızı təşviq etmələsiniz. Rol daxilində böyümə istəkləri, mövqe ilə bağlı məqsədlər, növbəti beş il ərzində şirkət daxilində potensial təcrübələr və bu kimi cavablar verməyiniz daha məqsədə uyğun olar.
5. Özünüzdə gördüyünüz mənfi cəhətləriniz hansılardır? İşi yerinə yetirmək qabiliyyətinizə birbaşa təsir edəcək zəif nöqtələri qeyd etməyiniz düzgün deyil. Hazırda üzərində işlədiyiniz zəif nöqtələriniz haqqında özünüzü inkişaf etdirdiyiniz haqqında danışın. Bu zaman işə götürənə maraqlı olan tərəf mənfi xüsusiyyətləriniz aradan qaldırılması üçün strategiyalarınızın olub-olmaması ilə bağlıdır.
6. Bizə sualınız var? Aşağı da qeyd olunan şəkildə suallar ünvanlaya bilərsiniz:
*Bu rolla bağlı gündəlik vəzifələr hansılardır?
*Bu rolun gedişatını necə qiymətləndirirsiniz?
*Bu rolda hansı davamlı təhsil və ya təlim imkanlarını həyata keçirə bilərəm?
*Beş ildən sonra şirkəti harada görürsünüz?
*Şirkət mədəniyyətini necə təsvir edərdiniz?
İş görüşməsində ən çox verilən suallarMüsahibələrdən mənfi cavab almaq sizləri heç bir zaman ruhdan salmasın. Hər müsahibədə siz yeni məlumatlar öyrənib, qazanc əldə edirsiz. Aldığınız mənfi cavabların belə sizin gələcək kariyeranızda nə qədər önəmli olduğunu unutmayın.

Maraqlı     Tarix: 15 mart 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin