İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub

İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub(®) "İcbari Sığorta Bürosu" Hüquqi Şəxslərin İttifaqı (İSB) beynəlxalq sığorta sektorunda mühüm əhəmiyyət daşıyan Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna (IFIGS – International Forum of Insurance Guarantee Schemes) tamhüquqlu üzv kimi qəbul edilib. Qərar 2026-cı ilin 26 may tarixində IFIGS İdarəetmə Komitəsinin iclasında İSB-nin üzvlük müraciətinə baxıldıqdan sonra qəbul olunub.
Böronun yaydığı məlumatda bildirilir ki, IFIGS dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən sığorta zəmanət fondlarını və analoji qurumları bir araya gətirən nüfuzlu beynəlxalq platformadır. ABŞ, Böyük Britaniya, Kanada, Cənubi Koreya, Almaniya, Fransa, Avstraliya, Qazaxıstan və Türkiyə kimi nüfuzlu ölkələrin aidiyyəti qurumlarının təmsil olunduğu Forumun əsas məqsədi sığortalıların, sığorta olunanların, faydalanan şəxslərin və zərərçəkmiş üçüncü şəxslərin maraqlarının qorunması sahəsində təcrübə mübadiləsini təşviq etmək, sığorta zəmanət mexanizmlərinin institusional və praktiki inkişafına dəstək vermək, habelə üzv qurumlar arasında əməkdaşlığı gücləndirməkdir. 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Eyni zamanda, Forum sığortaçıların öhdəliklərini icra edə bilmədiyi, maliyyə çətinliyi ilə üzləşdiyi və ya müflisləşdiyi hallarda tətbiq olunan kompensasiya və zəmanət mexanizmləri üzrə qabaqcıl beynəlxalq təcrübənin paylaşılmasına və bu sahədə yanaşmaların təkmilləşdirilməsinə töhfə verir.
İSB-nin IFIGS-ə üzvlüyü Büro üçün mühüm strateji əhəmiyyət daşıyır. Üzvlük İSB-nin beynəlxalq səviyyədə tanınmasının növbəti göstəricisi olmaqla yanaşı, quruma qabaqcıl beynəlxalq təcrübəyə çıxış imkanları yaradacaq, sığorta zəmanət mexanizmlərinin inkişafı istiqamətində əməkdaşlığı genişləndirəcək və Azərbaycan sığorta sektorunun beynəlxalq təşkilatlarda təmsilçiliyini daha da gücləndirəcək.
Eyni zamanda, üzvlük çərçivəsində metodologiya, hüquqi və institusional yanaşmalar, habelə risklərinidarə olunması sahələrində yeni əməkdaşlıq imkanlarının formalaşması gözlənilir. Bu isə ölkədə sığorta sisteminin dayanıqlılığının artırılmasına, habelə sığortalıların və zərərçəkmiş şəxslərin maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
İSB beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi və sığorta sektorunun davamlı inkişafı istiqamətində fəaliyyətini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək. / marja.az

Banklar     Tarix: 05 iyun 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb

"PAŞA Həyat Sığorta" ASC-nin həyata keçirdiyi sığorta ödənişləri 2026-cı ilin yanvar–sentyabr aylarında kəskin artıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik məlumatları əsasında apardığı hesablamalara görə, şirkəti

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını


iqtisadi xeberler kicik biznes dollar məzənnəsi birbank valyuta xeberleri