İşğaldan azad edilmiş torpaqlarımızda "Yaşıl Kart" sığorta xidmətindən istifadə mümkün olacaq
"Yaşıl Kart" sistemi 1949-cu ildə beynəlxalq nəqliyyatı asanlaşdırmaq və bu sistem çərçivəsində zərərlərin tənzimlənməsi üçün Birləşmiş Millətlər Təşkilatı Avropa İqtisadi Komissiyasının Yol Nəqliyyatı üzrə İşçi Qrupunun nəzdində yaradılmışdır. Sistemə üzv olan ölkələrdə qeydiyyata alınmış avtomobil sahibləri "Yaşıl Kart" sığortasına sahib olduğu halda sistemin digər üzv ölkələrinə səfər edərkən sığorta təminatı almış olurlar.
2016-cı ildən etibarən İcbari Sığorta Bürosu "Yaşıl Kart" sisteminin idarəedici təşkilatı olan Beynəlxalq Bürolar Şurasına üzv olmuş və Azərbaycanda "Yaşıl Kart" sığortası tətbiq edilməyə başlamışdır. Üzvlüyün ilk illərində Azərbaycanın işğal edilmiş ərazilərində "Yaşıl Kart" sisteminin tətbiqi mümkün olmadığı üçün, "Yaşıl Kart" sığorta təminatı Azərbaycanın digər coğrafi əraziləri ilə məhdudlaşdırılmışdı.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Büronun yaydığı məlumatda bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra İcbari Sığorta Bürosu tərəfindən "Yaşıl Kart" təminatı üzrə Azərbaycana münasibətdə coğrafi ərazi məhdudiyyətinin aradan qaldırılması ilə bağlı Beynəlxalq Bürolar Şurasına müraciətlər ünvanlanmışdır. Aparılan qarşılıqlı əməkdaşlıq və səylər nəticəsində ölkəmizdə bu xidmətin verilməsi üçün tətbiq edilən ərazi məhdudiyyətinin aradan qaldırılmasına nail olunmuşdur.
Belə ki, İngiltərənin London şəhərində keçirilmiş BŞ-nin 58-ci Baş Assambleyasının Qərarı ilə "Yaşıl Kart" sisteminin "Coğrafi əhatə dairəsinin siyahısı və avtomobil sığortası direktivi"nin ərazi tətbiqinə dair sənədləri yenilənərək təsdiqlənmişdir. Bununla da, Azərbaycanla əlaqəli coğrafi ərazi məhdudiyyəti aradan qaldırılmış və İcbari Sığorta Bürosunun coğrafi səlahiyyəti ölkənin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində yenidən müəyyən olunmuşdur. Həmçinin 18 iyul 2024-cü il tarixində Beynəlxalq Bürolar Şurası Katibliyindən bütün üzv bürolara "Yaşıl Kart" modellərində Azərbaycanla bağlı düzəlişlərin edilməsi üçün bildirişlər göndərilmişdir. / marja.az

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var
BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib
Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb
Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb
Apple yeni iMac və MacBook Pro modellərini təqdim etdi – Qiymətlər açıqlandı
500 000 AZN-dək nağd pul elə indi əlçatandır
Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır
Bankların xalis mənfəəti 18,8 faiz artıb, lakin depozit və risk xərcləri də yüksəlib
Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI
İnvestisiyanın necə cəlb etmək olar?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Biznes təlimlər və tədris üsulları
Cash Back nədir?
Start-up nədir?