İşsizlikdən sığorta fondunun büdcəsinə dəyişikliklər I oxunuşda təsdiqlənib
Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında "İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.
Sənədi parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Sənədə əsasən, işsizlikdən sığorta daxilolmaları üzrə proqnoz 2,8 % artırılaraq 180 milyon manatdan 185 milyon manata çatdırılır.
Artım Fondun 2023-cü ilin sonuna istifadə olunmamış vəsaitinin eyni məbləğdə və yaxud 8,1 % azaldılaraq 57,95 milyon manatdan 53,25 milyon manata endirilməsi hesabına baş tutacaq.
Eyni zamanda Fondun gəlirlərinin qeyri-büdcə sektoru üzrə hissəsi üzrə proqnoz eyni məbləğdə və yaxud 3,5 % artırılaraq 134,6 milyon manatdan 139,3 milyon manata çatdırılır.
Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul olunub. / marja.az
Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric