İstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ müəyyənləşir

İstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ müəyyənləşirİstehlakçının istehlak krediti müqaviləsindən imtina hüququ müəyyənləşir.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən Mülki Məcəlləyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, istehlakçının istehlak krediti müqaviləsindən 30 gün müddətində heç bir səbəb göstərmədən imtina etmək hüququ müəyyənləşir. Layihədə bu halda onun hüquqi nəticələri (pul vəsaitinin və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəmə öhdəliyi) istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası (istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytardıqda qalıq müddətinə görə hesablanmış faizlər və digər halların vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılması), istehlak krediti müqaviləsinin vaxtından əvvəl icrası zamanı borcverənə zərərin əvəzinin ödənilməsi məsələsi (onun faizi və tələb olunmasını istisna edən hallar), gecikdirməyə görə faizin məbləğinin məhdudlaşdırılması (həmin faizlərin məbləği istehlak krediti mü qaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə 5 % bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməməsi), gecikdirilmə faizlərinin hesablanmasının 180 gündən çox davam edə bilməməsi kimi məsələlər də əksini tapıb. Qeyd edilib ki, istehlak krediti müqaviləsinin bütün ziddiyyətləri və qeyri-müəyyənlikləri istehlakçının xeyrinə şərh edilməlidir. İstehlak krediti müqaviləsində göstərilməyən hər hansı xərclər və digər ödənişlər istehlakçıdan tələb edilə bilməz. Borcverənin istehlak krediti müqaviləsinin hər hansı şərtini birtərəfli qaydada dəyişdirə bilməsi barədə kredit müqaviləsinin müddəası etibarsız sayılacaq. Bu tələb istehlakçının vəziyyətini yaxşılaşdıran, o cümlədən borc yükünü yüngülləşdirən hallara şamil edilməyəcək. / banker.az

Banklar     Tarix: 19 yanvar 2023

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Azərbaycanda kiber risklər üzrə sığorta haqlarının məbləği açıqlanıb

Bu il Azərbaycanda kiber risklər üzrə 231 min 210 manat sığorta haqqı toplanılıb. Bu barədə  Azərbaycan Mərkəzi Bankından bildirilib. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Məlumata görə, indiyə qədər həmi

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin


iqtisadi xeberler dollar manat kursu pul qazanmaq bitcoin birbank