İxracı və idxalı azalan malların adları açıqlanıb

İxracı və idxalı azalan malların adları açıqlanıb2024-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 122 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2024-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 47 milyard 396,4 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 26 milyard 338,4 milyon dollarını və ya 55,6 faizini ölkədən ixrac olunmuş məhsulların, 21 milyard 58 milyon dollarını (44,4 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 5 milyard 280,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2023-cü illə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 1,3 faiz artmış, real ifadədə 3,5 faiz, o cümlədən ixrac 7,4 faiz azalmış, idxal isə 3,1 faiz artmışdır.
2024-cü ildə qeyri neft-qaz məhsullarının ixracı 3 milyard 356,5 milyon dollar təşkil etmiş və 2023-cü ilə nisbətən faktiki qiymətlərlə 0,3 faiz artmış, real ifadədə isə 13,0 faiz azalmışdır.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 23,9 faizi İtaliya, 12,9 faizi Türkiyə, 10,1 faizi Rusiya, 7,9 faizi Çin, 3,7 faizi ABŞ, 3,4 faizi Almaniya, 3,1 faizi Avstraliya, 2,4 faizi Çexiya, 2,0 faizi Hindistan, 1,8 faizi Xorvatiya, 1,7 faizi Gürcüstan, 1,6 faizi İsrail, 1,5 faizi Bolqarıstan, hər biri 1,4 faiz olmaqla Yunanıstan, Birləşmiş Krallıq, İran və Portuqaliya, 1,2 faizi Rumıniya, 1,1 faizi Belarus, hər biri 1,0 faiz olmaqla Qazaxıstan, İsveçrə və Ukrayna, 13,1 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşmüşdür.
İxracın 41,0 faizini İtaliyaya, 14,4 faizini Türkiyəyə, 4,4 faizini Rusiyaya, 4,1 faizini Çexiyaya, 3,3 faizini Xorvatiyaya, 2,9 faizini Almaniyaya, hər biri 2,8 faiz olmaqla Hindistan və İsrailə, 2,6 faizini Bolqarıstana, 2,5 faizini Gürcüstana, hər biri 2,4 faiz olmaqla Portuqaliya və Yunanıstana, 1,8 faizini Rumıniyaya, 1,5 faizini Birləşmiş Krallığa, 1,1 faizini Tunisə, 0,9 faizini Tailanda, 0,8 faizini İsveçrəyə, hər biri 0,7 faiz olmaqla Serbiya, İndoneziya və Ukraynaya, hər biri 0,6 faiz olmaqla İspaniya və Niderlanda, 5,0 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,6 faiz), Türkiyəyə (16,2 faiz), Gürcüstana (8,1 faiz), İsveçrəyə (6,6 faiz), ABŞ-a (4,0 faiz), Qazaxıstana (3,9 faiz), Ukraynaya (3,5 faiz), Türkmənistana (2,3 faiz), Omana (2,0 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), İtaliyaya (1,3 faiz), Niderlanda (1,3 faiz), Özbəkistana (1,2 faiz), Rumıniyaya (1,0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi Çin, 17,2 faizi Rusiya, 11,0 faizi Türkiyə, 7,7 faizi ABŞ, 6,9 faizi Avstraliya, 3,9 faizi Almaniya, 3,0 faizi İran, 2,4 faizi İtaliya, 2,2 faizi Belarus, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,6 faizi Qazaxıstan, 1,4 faizi Türkmənistan, hər biri 1,3 faiz olmaqla Ukrayna və Birləşmiş Krallıq, 1,2 faizi İsveçrə, hər biri 1,1 faiz olmaqla Meksika, Fransa və Hindistan, 1,0 faizi Özbəkistan, hər biri 0,8 faiz olmaqla Braziliya və Kanada, 11,6 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.
2024-cü ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 0,7 faiz, şəkər – 59,9 faiz, tütün – 2,5 dəfə, meyvə və tərəvəz konservləri – 16,1 faiz, bitki yağları – 81,1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 60,3 faiz, çay – 2,1 faiz, pambıq lifi – 71,3 faiz, mineral gübrələr – 56,0 faiz, pambıq ipliyi – 3,2 faiz, bentonit gili    – 27,6 faiz artmış, təzə meyvə ixracı isə 2,2 faiz, kartof – 32,1 faiz, meyvə və tərəvəz şirələri – 12,5 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 42,6 faiz, polipropilen – 27,5 faiz, polietilen – 23,1 faiz, elektrik enerjisi – 59,4 faiz, emal olunmamış alüminium – 17,4 faiz, sement klinkerləri – 1,2 faiz, qara metallardan çubuqlar – 2,6 faiz, qara metallardan borular – 1,5 faiz azalmışdır.
2023-cü illə müqayisədə 2024-cü ildə buğda idxalı 9,9 faiz, bitki yağları – 29,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 78,4 faiz, təzə meyvə – 20,6 faiz, xam şəkər      – 5,9 faiz, unlu qənnadı məmulatları – 11,5 faiz, şokolad və şokolad məhsulları – 11,7 faiz, çay – 5,2 faiz, quş əti və onun əlavə məhsulları – 43,2 faiz, mal əti – 46,4 faiz, təzə tərəvəz – 53,3 faiz, hesablama maşınları, blok və qurğuları – 21,6 faiz, yük avtomobilləri – 15,7 faiz, mebellər – 36,6 faiz, sintetik yuyucu vasitələr – 7,8 faiz, qara metallardan çubuqlar    – 65,1 faiz, məişət kondisionerləri – 45,0 faiz, mineral gübrələr – 17,4 faiz, avtobuslar – 2,5 dəfə, paltaryuyan maşınlar – 6,2 faiz, polipropilen – 19,9 faiz, məişət soyuducuları – 1,6 faiz, sement – 1,7 faiz artmış, kartof idxalı isə 13,6 faiz, siqaretlər – 79,4 faiz, minik avtomobilləri – 6,5 faiz, dərman vasitələri – 24,9 faiz, polad prokatı – 5,2 faiz, qara metallardan borular – 10,8 faiz, rezin şinlər – 1,7 faiz, polietilen – 9,5 faiz, qara metallardan künclüklər – 11,2 faiz azalmışdır. / marja.az

Maliyyə     Tarix: 13 fevral 2025

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler bank faizleri biznes ideyalari investisiya rubl mezenne