İyunda xarici valyutada əmanətlər də artıb - 4,8 MİLYARD XARİCİ VALYUTADA SAXLANILIR
Fiziki şəxslərin əmanətləri (müddətli + cari hesablar) iyun ayında 3.6% və ya 480.7 milyon manat artmışdır. Artımın 86.5%-i (415.8 milyon manat) milli valyutada, 13.5%-i (65 milyon manat) xarici valyutada əmanətlər üzrə olmuşdur.
Marja.az Mərkəzi Bankın Statistik bülleteninin İyun buraxılışına istinadən xəbər verir ki, fiziki şəxslərin əmanətlərinin 65.6%-i (9 milyard 100.4 milyon manat) milli valyutada, 34.4%-i (4 milyard 779.8 milyon manat) xarici valyutadadır.
Fiziki şəxslərin əmanət portfelinin 55.8%-i (7 milyard 750.6 milyon manat) müddətli əmanətlərdən ibarətdir. Hüquqi şəxslərin tələbli depozitləri 16 milyard 252.9 milyon manat olmaqla, hüquqi şəxslərin cəmi depozit portfelinin 76.3%-ni təşkil etmişdir.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması iyun ayında əvvəlki ilin müvafiq dövrünə nəzərən isə 2.6 faiz bəndi azalaraq 33.9% təşkil etmişdir.

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır
"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib
Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
Fond birjası nədir?
Ən bahalı otellər hansılardır?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznes plan necə yazılır?