Kapital Bank 3-cü dəfə "Mükəmməl iş yeri" sertifikatına layiq görüldü

Kapital Bank 3-cü dəfə ®Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq "Mükəmməl iş yeri" (Great Place to Work) sertifikatını qazanaraq, işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi. Bu nailiyyət Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.
Qeyd edək ki, "Great Place to Work" beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır. Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini qiymətləndirir.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və dəstək dayanır. "Artıq üçüncü ildir ki, Kapital Bank beynəlxalq "Mükəmməl iş yeri" sertifikatına layiq görülür. Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın səmimi rəyidir. Bizim üçün əsas olan əməkdaşların özlərini dəyərli hiss etməsi, inkişaf və rifah üçün real imkanlara sahib olmasıdır. 20-dən çox kriteriya üzrə yüksək nəticə qazanmağımız isə bu yanaşmanın beynəlxalq səviyyədə təsdiqidir".
Bu uğur Kapital Bank-ın işçi məmnuniyyətinə verdiyi önəmin və insan yönümlü təşkilati mədəniyyətinin təsdiqi olmaqla yanaşı, onun ölkədə və beynəlxalq səviyyədə lider mövqeyini möhkəmləndirir. Bank bundan sonra da əməkdaşlarının inkişafını dəstəkləmək, iş mühitini zənginləşdirmək və güclü komanda ruhunu qorumaq istiqamətində fəaliyyətini davam etdirəcək.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 14 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu