Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb

Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb®Hər zaman maraqlı layihələr təqdim edərək, ölkənin reklam və marketinq sektoruna töhfə verən Kapital Bank "Felis Mükafatları"nda müxtəlif kateqoriyalar üzrə 9 mükafata layiq görülüb. Təqdimat mərasimi 11 noyabr 2022-ci il tarixində İstanbul şəhərində keçirilən ənənəvi "Brand Week" tədbirində baş tutub.
"Hər şey mümkündür" sosial layihəsi üzrə "Ən yaxşı reklam kampaniyası" və "Ən yaxşı film" nominasiyasında, həmçinin "Birbank-la olar" reklam kampaniyasında "Ən yaxşı musiqi" və "Ən yaxşı 360 reklam kampaniyası" nominasiyasında qızıl mükafata, "Hər şey mümkündür" sosial layihəsi üzrə "Ən yaxşı PR kampaniya", "Məni işarələmə" layihəsi üzrə isə "Ən yaxşı influnser kampaniyası" nominasiyasında, həmçinin "Yeni Birbank keşbek start kampaniyası" layihəsində "Ən yaxşı visual effekt" və "Ən yaxşı prodakşn işi" nominasiyası üzrə gümüş, həmin layihədə "Ən yaxşı musiqi" nominasiyası üzrə isə bürünc mükafata layiq görülüb. 
Ümumilikdə 9 nominasiya üzrə qalib olan Kapital Bank, 4 qızıl, 4 gümüş və 1 bürünc mükafat qazanıb. Qalib gələn reklam işləri "Endorphin", "FCB Artgroup Baku" və "Maverick" reklam agentlikləri ilə birgə hazırlanıb. 
Qeyd edək ki, reklam və marketinq sahəsində effektiv və kreativ işləri mükafatlandıran "Felis Mükafatları" tədbirində bu ildən etibarən artıq Azərbaycan şirkətləri də iştirak edib. 17 ildir ki, Türkiyədə reklam və marketinq sektorunu mükafatlandıran, müraciətlər üzrə rekord qıran "Felis Mükafatları" marketinq və reklam sahəsində olan nüfuzlu tədbirlərdən biri hesab edilir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 113 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank 9 nüfuzlu mükafata layiq görülüb/ banker.az

Banklar     Tarix: 17 noyabr 2022

Oxşar xəbərlər

"Yelo Bank"ın İdarə Heyətinin yenidən təyinatına baxılacaq

"Yelo Bank" ASC-nin səhmdarları dekabrın 3-də keçiriləcək növbədənkənar ümumi yığıncaqda İdarə Heyətinin sədrinin və üzvlərinin vəzifələrinə yenidən təyin olunması məsələsinə baxacaqlar. bankın bildirişinə istinadə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Azərbaycan Rusiyaya bank hesabları barədə məlumat verəcək

Azərbaycan və Rusiya arasında vətəndaşların bank hesabları, əmlakı, gəlirləri və digər aktivləri barədə məlumat mübadiləsi aparılacaq. Rusiya Prezidenti Vladimir Putin MDB ölkələri arasında məhkəmə qərarlarının məcburi icras

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Sığorta şirkəti nizamnamə kapitalını 2 dəfə artırır

"İpək Yolu Sığorta" ASC nizamnamə kapitalını 15 milyon 242 min 500 manat və yaxud 2 dəfə artıraraq 14 milyon 770 min manatdan 30 milyon 012 min 500 manata çatdırmağı planlaşdırır. Kapital artımı qurumun dövriyyəd

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler dollarin kursu bu gun valyuta xeberleri bank faizleri dollar məzənnəsi