Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu

Kapital Bank beynəlxalq arenada: Bank Özbəkistanın ən böyük İT ekosistemi ilə tərəfdaş oldu®Beynəlxalq əməkdaşlığın genişləndirilməsi strategiyası çərçivəsində ölkənin birinci bankı Kapital Bank, "Uzum" ekosisteminə daxil olan "MAKESENSE" şirkətinə 22 milyon ABŞ dolları həcmində sindikativ kredit ayırıb. Bu vəsait ekosistemin taksitlə ödəniş xidmətinin və digər fintex həllərinin inkişafına yönəldiləcək. Qeyd edək ki, sözügedən sindikativ kredit Özbəkistanın ən böyük özəl maliyyə qurumlarından biri olan Kapital Bank ilə tərəfdaşlıq çərçivəsində birgə maliyyələşdirilib.
Sindikat kreditləşməsi bir neçə maliyyə institutu tərəfindən bir borcalana təklif olunan beynəlxalq maliyyələşdirmə alətidir. Qlobal tərəfdaşlığın genişləndirilməsi məqsədi daşıyan bu əməkdaşlıqla, Kapital Bank tarixində ilk dəfə olaraq beynəlxalq maliyyə bazarında fəaliyyət göstərən hüquqi şəxsə sindikat kreditinin verilməsini həyata keçirir.
Qeyd edək ki, "Uzum Holding" Özbəkistanda rəqəmsal maliyyə xidmətləri, e-ticarət və bankçılıq həllərini bir araya gətirən böyük İT ekosistemidir. Ekosistemə onlayn ticarət platforması, ekspress çatdırılma xidməti, klassik və rəqəmsal bankçılıq, "BNPL" (İndi al, sonra ödə) modeli, avtomobil satışı platforması və sahibkarlar üçün mobil tətbiq daxildir.
 Təkcə ötən il ərzində Kapital Bank dünyanın aparıcı maliyyə institutlarının təşkil etdiyi bir sıra sindikat kredit layihələrində də aktiv iştirak edib. Xüsusilə qonşu ölkələr Türkiyə və Özbəkistanda olan, "Türkiye İş Bankası","VakıfBankası","Ziraat Bankası" və "Agrobank Uzbekistan" kimi nüfuzlu maliyyə qurumlarına qısa və orta müddətə kreditlər verilib. Beynəlxalq bazarda yeni imkanlar açan bu əməkdaşlıqlar Kapital Bank üçün banklararası müxbir əlaqələrin gücləndirilməsi, yeni təcrübələrin öyrənilməsi, eləcə də daha müştəriyönümlü xidmətin təşkili üçün böyük əhəmiyyət kəsb edir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — / banker.az

Banklar     Tarix: 22 aprel 2025

Oxşar xəbərlər

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler dollarin kursu bu gun kicik biznes valyuta mezennesi dollar mezenne