"Kapital Bank" bu bazara iri addımla daxil olur – İlk gedişdə 100 mln. manat

Azərbaycanın ən iri özəl bankı "Kapital Bank" ASC son rəqabətli hərracdan sonra fond bazarından daha 100 milyon manatlıq istiqraz cəlbini planladığını açıqladı.
Banker.az xəbər verir ki, bankın İdarə Heyətinin sədri Fərid Hüseynov həftənin cümə günü təşkil edilmiş mətbuat konfransında deyib.

Bank sədri bildirib ki, manatda olan istiqrazların  hansı müddət üzrə buraxıldığını deməsə də, illik gəlirliliyin 10% olduğunu açıqlayıb. Bu isə hazırda banklar tərəfindən son illərdə buraxılan ən yüksək gəlirlilər sırasında olması deməkdir.
"Kapital Bank"ın ilin ilk rübünə qədər öhdəliyində qiymətli kağız portfeli olmamışdı. 17 apreldə Bakı Fond Birjasında 35 milyon dollar nominal dəyəri olan istiqrazları yerləşdirmişdi və həmin hərracda bankın dollar istiqrazlarına tələb investorlar sayı baxımından yüksək olub. BFB-də yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir. Cənab Hüseynova görə, "əhalinin "Kapital Bank"ın istiqrazlarına marağı yüksəkdir. Bu son hərracda müşahidə edilib".
O deyir ki, son hərracda 7 faiz gəlirliliyi olan dollar istiqrazlarının 82%-i fiziki şəxslər tərəfindən əldə edilib.
Adətən iri və eləcə də sistem əhəmiyyətli banklar olduğu halda, investorlar üçün bu növ istiqrazlara tələb daha kəskin yüksəlir.
Banker.az-ın sorğusu isə hazırda tənzimləyici Mərkəzi Bank tərəfindən məcburi ehtiyat normalarına (MEN) tətbiq edilən əmsalların öhdəliyində iri depozitlər olan banklar üçün daha yüksəkdir. Belə olan halda, bu "Kapital Bank"ın maliyyə mənbəsi kimi digər kanallarla vəsait cəlbinə təsir edibmi?
Bank sədri qeyd edir ki, hazırkı MEN bankın likvidliyinə hər hansısa təsiri yoxdur və bu norma bankda çox yuxarıdır. Bankın strategiyası MEN-dən əvvəl hazırlanıb və bu həmin strategiyanı dəyişməz saxlayır.
"Bu daha çox divervikasiya [maliyyə mənbələri] ilə bağlıdır. Depozitlər yenə də cəlb edirik. Dörd aydır ki, biz rəqəmsal depoziti bazara təqdim etmişik və 40 min nəfərə yaxın şəxs bu alətdən istifadə edərək banka yatırım edib. Bu çox böyük uğurumuzdur".
Bank rəhbəri qeyd edir ki, hədəfləri "bu bazarın inkişafıdır. Ona görə də ölkədə buna kifayət qədər potensial var.
Məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin mərkəzi bankda məcburi saxlanılan hissəsidir. Məcburi ehtiyat normasının qaldırılması bank sisteminin kredit vermək qabiliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Bununla requlyator iqtisadiyyatda pul kütləsinin həcmini azaltmağı hədəfləyir ki, həm inflyasiya düşsün, digər tərəfdən də uçot faiz dərəcəsinin effektivliyi artsın.
Azərbaycanda depozitlərin cəlbi rəqəmsal olaraq mümkün olsa da, investorlar üçün bu lüks yoxdur. İnvestor istiqraz alışını yalnız anderrayter vasitəsi ilə almaq mümkündür. Banker.az-ın sorğusuna sədr bildirdi ki, yaxın zamanda istiqrazların rəqəmsal alınması da investor və əsasən fiziki şəxslər üçün mümkün olacaq.

Banklar     Tarix: 17 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb

Azərbaycanda sentyabrda qeydə alınan 5,5%-lik illik inflyasiyanın 2,89 faiz bəndi ticarət tərəfdaşlarındakı qiymət artımlarının təsiri ilə formalaşıb. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Azə

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler bitkoin qiymeti dollar kursu depozit faizleri bitkoin almaq