Kapital Bank ilsonu göstəricilərini elan etdi

Kapital Bank ilsonu göstəricilərini elan etdiKapital Bank 2022-ci il üzrə fəaliyyət nəticələrini açıqlayıb. 
Marja xəbər verir ki, Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru Ramil İmamov rəqəmlər, statistik göstəricilər və bankın 2020-2023-cü illər üzrə qoyduğu strateji hədəflərin icra statusu barəsində danışıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Ramil İmamov, strateji planlamanın bankın inkişafı və liderliyini qoruyub saxlaması üçün nə qədər əhəmiyyətli olduğunu vurğulayıb.
"2020-2023 strateji dövrdə riteyl üzrə əsas hədəflərimizdən biri bazardakı birinciliyi qorumaq və inkişaf etdirmək idi. Ötən 2 il ərzində bu sahədə yolumuzu inamla davam etdirdik. Hazırda nağd pul krediti üzrə portfelimiz 1,4 milyard manat, kredit kartları üzrə portfelimiz isə təxminən 420 milyon manat təşkil edir. Həmçinin ümumi olaraq istehlak kreditləri üzrə bazar payımız təxminən 35% təşkil edir. Bununla paralel olaraq kart biznesinin inkişafı da uğurla davam etdirilir. Debet kart satışlarının sayında kəskin artım olub ki, hazırda bazarda debet kart sayımız 1,6 milyondan artıqdır. Birbank kartları üzrə 2022-ci ilin sonu üçün ümumi olaraq dövriyyə hədəfimiz 2 milyard manatdır və biz artıq bu rəqəmə çatmışıq. Taksit kart bazarında da Birbank kartlarımız lider mövqedədir. Belə ki, hazırda  400 000-dən artıq taksit kart müştərimiz var ki, onların da ümumi taksit dövriyyəsi 300 milyon manatdan çoxdur. Bu da ümumi taksit bazar payının 82%-i deməkdir. Hazırda ümumi xidmət üzrə partnyorlarımızın sayı 20 000-dən çoxdur. Kart biznesinin inkişafı ilə paralel olaraq ekvayrinq biznesi üzrə də artım müşahidə olunur. Belə ki, hazırda Kapital Bank-ın 15 000-dən artıq POS-terminal, 1 000-ə yaxın e-ticarət və 4 000-dən artıq Mobil-POS müştərisi vardır", - deyə Ramil İmamov bildirdi.
Son illər ərzində Azərbaycanın bank sektorunda ipoteka kreditləşməsinin genişləndirilməsi və mikro biznesə dəstək prioritet sahələrdən hesab olunur. Müsahibimiz bankın bu sahədə olan uğurlarından danışıb.
"Son illər Kapital Bank üçün ipoteka biznesi əsas inkişaf etdirilən sahələrdən biridir. Strateji dövrdə qarşıya qoyulan hədəflərdən biri ipoteka portfeli üzrə bazarda böyük pay sahibi olmaq və müştərilər üçün çevik xidməti təmin etmək idi. İpoteka üzrə qısa zaman kəsiyində yüksək nəticələr əldə olunub və müştərilərə 4 növ ipoteka krediti təklif edirik. Hazırda ipoteka portfelimiz 400 milyon manatdan artıqdır. Onu da qeyd edim ki, artıq müştərilərimiz müxtəlif kanallar vasitəsilə ipoteka üçün banka müraciət etdikdə onlara düşən kredit məbləği və ilkin şərtlər (məbləğ, aylıq ödəniş və s.) bizim skorinq model tərəfindən hesablanıb təqdim edilir. Həmçinin bu strateji dövrdə yeni qurduğumuz bir biznes sahəsi isə mikro biznes olub. Ötən 2 il ərzində mikro seqment müştəriləri üçün müxtəlif növ bank məhsul və xidmətləri yaradıldı. Bunların içərisində hazırda ölkə üzrə yalnız Kapital Bank tərəfdən icra olunan onlayn kreditləşməni qeyd etmək istərdim. Mikro biznes müştərilərimiz tərəfdən də məsafədən kreditləşmə müsbət qarşılanıb və bəyənilib.  Mikro biznes kreditləri üzrə cari ana kredit portfelimiz isə 76 milyon manat təşkil edir və bu göstərici sürətlə artır", - deyə, bank rəsmisi qeyd etdi.
Pandemiya bütün dünyada olduğu kimi Azərbaycanda da biznesi aparmaq qaydalarına təsir etdiyi kimi, istehlakçılar arasında onlayn xidmətlərə, rəqəmsallaşmaya marağı artırıb. Maraqlıdır, bu tendensiyalar bank sektoruna necə təsir edib? Ramil İmamov bu mövzuda da açıqlama verərək statistik göstəricilərə toxunub:
"Onlayn kanallar üzrə kredit və kart satışlarının göstəricilərində artım müşahidə olunur. Belə ki, bank üzrə ümumi satışın 60%-i məhz onlayn kanalların payına düşür. Birbank rəqəmsal bankının istifadəçi sayında olan göstəricilər də yüksək templə artır. Hazırda Birbank-ı 5,4 milyon nəfərdən artıq istifadəçi yükləyib ki, onlardan 2 milyon nəfərdən çoxu aktiv istifadəçidir. Qeyd edim ki, aktiv istifadəçilərin payına ay ərzində ortalama 9 əməliyyat düşür.
Həmçinin bu strateji dövrdə müştəri xidməti keyfiyyətinin artırılması da diqqət mərkəzində olan istiqamətlərdəndir. Belə ki, ölkə üzrə ən geniş filial şəbəkəsinə malik olan Kapital Bank-da filial şəbəkəsinin optimallaşdırılması və yeni xidmət nöqtələrinin açılmasına xüsusi diqqət ayrılır. Təkcə bu il ərzində Bakı şəhəri üzrə 9, regionlar üzrə 2 yeni xidmət nöqtəmiz istifadəyə verilib. Telefon mərkəzi və onlayn müştəri xidməti sahələrinin resursları da artırılıb. Bankımız müştəri məmnuniyyətinin artırılması, daxil olan müştəri müraciətlərinin cavablandırılması və müştəri şikayətlərinin həll edilməsi proseslərinin aparılması üzrə beynəlxalq sertifikatlaşmadan keçərək ISO 10002:2018 sertifikatı əldə edib. Əlbəttə ki, görülən bu tədbirlər fasiləsiz davam etməlidir. Bankın həm rəqəmsal, həm də  filiallar vasitəsilə xidmət etdiyi müştəri sayı böyük olduğundan daxil olan müraciətlərin daha effektiv emal olunması istiqamətində işlər daimi əsaslarda görülməli və hər zaman yüksək prioritet təşkil etməlidir". / marja.az

Banklar     Tarix: 07 dekabr 2022

Oxşar xəbərlər

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

"PAŞA Sığorta"da növbədənkənar ümumi yığıncaq keçiriləcək

03 iyun 2026-cı il tarixində "PAŞA Sığorta" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir. Yığıncaq Sığortaçının Bakı şəhəri, Səbail rayonu, Mikayıl Useynov prospekti 61 ("Sahi

Ziraat Bank Azərbaycan "Human vs AI" mövzusunda tədbirə dəstək oldu

Ziraat Bank Azərbaycanın dəstəyi, Women Bankers Club-un təşkilatçılığı ilə "Human vs AI: Competition or Cooperation?" mövzusunda tədbir keçirilib. 5 may tarixində ADA Universitetində keçirilən tədbirdə müxtəli

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan "Summer Challenge 2026" təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələb

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

Ölkəmizdə ilk – indi aviabiletlər də DigiTravel-lə ABB mobile tətbiqində alınır

ABB yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığı istiqamətində də ardıcıl layihələr reallaşdırıb səyahətsevərlərin tez-tez istifadə etdikləri xidmətləri eyni platformada toplayır. Bank indiyə qədər özünün ABB mobil

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

Birbank-dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus qazanmaq şansı əldə edin

Ölkənin ilk rəqəmsal bankı Birbank, müştərilərini sevindirməyə davam edir. İndi nağd krediti onlayn əldə etmək yalnız vaxta qənaət deyil, həm də minlərlə bonus qazanmaq fürsətidir. Birbank-ın 1 may-16 iyun tarixlərini əhat

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi


iqtisadi xeberler leobank kart valyuta xeberleri dollarin kursu bu gun biznes xeberleri