Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq

Kapital Bank-ın 150 illik yubileyi münasibətilə veloyürüş: Yaşıl gələcəyə doğru birlikdə yola çıxdıq®Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Velosiped Federasiyasının birgə tərəfdaşlığı ilə veloyürüş keçirilib. "Yaşıl dünya naminə həmrəylik ilində" təbiətin mühafizəsinə həssaslığı artırmaq, zərərsiz nəqliyyat vasitələrindən istifadəni təşviq etmək məqsədi ilə baş tutan layihə Kapital Bank-ın 150 illik yubileyinə həsr olunub. 
Bakı, Quba, Gəncə və Laçın şəhərlərində keçirilən veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının 50-yə yaxın idmançısı iştirak edib. Şəhər mərkəzlərində başlayan yürüş filialların qarşısında yekunlaşıb. Layihənin davamı olaraq müştərilər üçün əyləncəli tədbir təşkil edilib. Müxtəlif oyunlarda iştirak edən hər kəs hədiyyə qazanıb. Oyunların qaliblərinə isə əsas mükafat olan velosiped hədiyyə edilib. 
Bakı şəhərində keçirilən tədbiri çıxış sözü ilə açan Yasmal filialının müdiri Anar Zeynalov bu layihənin paytaxt Bakıda başlayıb doğma Qarabağda yekunlaşmasının böyük rəmzi məna daşıdığını vurğulayıb. Azərbaycan Velosiped Federasiyasının baş katibi Elnarə Musayeva isə yubileyini velosiped idmanının dəstəklənməsinə həsr etdiyi üçün Kapital Bank-a təşəkkür edib. O qeyd edib ki, xüsusən gənclər arasında zərərsiz nəqliyyat vasitəsi olan velosipedin təbliği təmiz ətraf mühitə və gənclərin sağlam gələcəyinə böyük bir töhfədir. 
Quba sakinləri də idmançıları böyük maraqla qarşılayıb. Şimal filialının müdiri Elvin Məmmədov tədbiri çıxış sözü ilə açaraq bildirib ki, 150 ildir zamanın tələbinə uyğun olaraq dəyişən, yenilənən, müştərilərinə dövrünün müasir rəqəmsal həllərini təqdim edən Kapital Bank sosial və ölkə əhəmiyyətli layihələrdə də hər zaman iştirak edir və bu ideyaları dəstəkləyir. 
Gəncə tədbiri  də müştərilərin fəallığı ilə yadda qalıb. Tədbirdə şəhər icra hakimiyyətinin rəsmiləri, ali məktəblərin rektorları, xarici ölkələrin rəsmi nümayəndələri iştirak ediblər. Açılış nitqi ilə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışı zamanı bildirib ki, Yaşıl dünya naminə həmrəylik ilində, eləcə də  COP29 kimi layihə ərəfəsində bu tədbirin keçirilməsinin böyük əhəmiyyəti var. Eyni zamanda tədbirdə iştirak edən uşaqların, gənclərin velosipedçilərlə, idmançılarla ünsiyyətdə olması, onları yaxından tanıması gənc nəsildə sağlam həyat tərzinə, idmana maraq yaradacaq. 
Laçında baş tutan veloyürüş isə həm idmançılar, həm də Laçın sakinləri üçün qürurlu anlarla yadda qalıb. Laçınlıların xüsusi aktivliyi ilə seçilən tədbirdə layihənin əsas hədiyyəsi olan velosipedi qalibə Azərbaycan Velosiped Federasiyasının İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov təqdim edib. O çıxışında layihənin doğma Qarabağda yekunlaşmasının əhəmiyyətini iştirakçılarla bölüşüb. Qeyd edib ki, burada iştirak edən hər bir idmançı azad Laçını fəth etməyin böyük qürurunu yaşayır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 05 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq