Kapital Bank-ın dəstəyi ilə keçirilən "Heydər Əliyev: 100 Mühəndislik hakatonu"nun qalibləri bəlli oldu

Kapital Bank-ın dəstəyi ilə keçirilən ®Xəbər verdiyimiz kimi ölkənin birinci bankı Kapital Bank-ın baş sponsorluğu ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik  yubileyinə həsr edilmiş Mühəndislik hakatonu keçirilib. Ölkənin 21 ali təhsil müəssisəsinin tələbələri arasında baş tutan yarışmada 30 komanda 3 mövzu "Ekologiya və ətraf mühit", "Nəqliyyat və logistika", "Texnologiya və innovasiya" istiqamətləri üzrə verilən tapşırıqlara  maraqlı həllər təklif ediblər. 
Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan-Fransız Universitetində baş tutan intellektual yarışın qalibləri bəlli olub. Qaliblər Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi" mövzusunda keçirilən tədbirdə elan olunub. 
Nəqliyyat və logistika istiqaməti üzrə "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-2", Ekologiya və ətraf mühit istiqaməti üzrə "Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 3", İnnovasiya və texnologiya istiqaməti üzrə "Bakı Ali Neft Məktəbi -1" komandaları mükafatlandırılıb. Qalib komandalara Kapital Bank tərəfindən təyin olunan 2500 AZN dəyərində mükafatı bankın Data menecment idarəsinin Data texnologiyaları ekspert mərkəzinin lideri Tural Həmzəyev təqdim edib. 
Bundan başqa layihənin təşkilində dəstəyinə görə Kapital Bank təşəkkürnamə ilə təltif edilib. Təşəkkürnaməni İstedadların idarə edilməsi departamentinin lideri Aygün Musayevaya Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin  rektor əvəzi Vazeh Əskərov təqdim edib. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta mezennesi dollar mezenne rubl mezenne biznes krediti