Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasında

Kapital Bank-ın İnformasiya təhlükəsizliyi komandası ölkənin ən güclü mütəxəssisləri sırasındaÖlkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük tədbirlərindən sayılan "CIDC-2025" kibertəhlükəsizlik festivalında böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb. Komanda festival çərçivəsində təşkil olunan "Ağıllı şəhərlərdə kibermüharibə" yarışmasında üçüncülük əldə edib. Banklar arasında ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan "Qırmızı Ürəklər Fonduna" ianə etməklə sosial təşəbbüsə imza atıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə təşkilatçılığı ilə həyata keçirilən "CIDC-2025" kibertəhlükəsizlik festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə 2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş təşkilatın qatıldığı tədbir kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına xidmət edib.
İki gün ərzində iştirakçılar "Ağıllı şəhərlərdə kibermüharibə" kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10 təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin Azərbaycanda "Hack The Future 2" proqramı üzrə ödənişsiz təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə tanış olublar.
Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa kömək edir. Həmçinin, "Dayan, düşün, dəqiqləşdir!" kampaniyası çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə xidmət edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , Birbank kartı sifarişi üçün – . / banker.az

Banklar     Tarix: 15 oktyabr 2025

Oxşar xəbərlər

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur


iqtisadi xeberler bitkoin almaq dollar manat kursu internetden pul qazanmaq dollar kursu