Kapital Bank rekord göstərici ilə 4 qızıl "Felis" mükafatı qazandı

Kapital Bank rekord göstərici ilə 4 qızıl ®Ölkənin birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu "Felis" mükafatına layiq görülüb. "Felis" hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var.  
"Digital & Mobile" ("Rəqəmsal və Mobil") bölməsində "SMM və Digital Campaign" ("Sosial media marketinq və rəqəmsal kampaniya") kateqoriyasında qızıl "Felis"i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi "Türkiyə üçün bir ürək olaq" layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi. 
Kapital Bank-ın 28 May Müstəqillik Günü münasibəti ilə "TikTok" sosial şəbəkəsi üçün hazırladığı "Cümhuriyyətin İzi" adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihə rekord göstərici ilə "User participation" ("İstifadəçi aktivliyi") və "Use of Technology" ("Texnologiyadan istifadə") kateqoriyalarında 2 "Felis" qazandı. 
Bankın "Ağıllı nağıllar" reklam agentliyi ilə birgə hazırladığı "Birbank x Paster" video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə "Design & Branding" ("Dizayn və Brendinq") bölməsində "Moving Image Design" ("Hərəkətli foto dizayn") kateqoriyasında qalib oldu.
Bu mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir. 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 18 noyabr 2024

Oxşar xəbərlər

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Moody’s": Azərbaycan bankları kapital və likvidlik göstəricilərində regional liderlər sırasındadır

Beynəlxalq reytinq agentliyi "Moody"s Ratings" Azərbaycan banklarının kapital və likvidlik ehtiyatlarının kreditləşmənin genişləndirilməsi üçün kifayət qədər olduğunu bildirib. bu barədə reytinq agentliyin

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk


iqtisadi xeberler kicik biznes leobank kart telefonla pul qazanmaq biznes ideyalari