Kapital Bank sahibkar xanımlara güzəştli kredit təklif edir
®Kapital Bank 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar olaraq xanım sahibkarlar üçün güzəştli kredit kampaniyası keçirir. Kampaniya çərçivəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan xanımlar mart ayı ərzində mikro-biznes kreditlərini 8% endirimlə əldə edəcəklər.
Təqdim olunan mikro kreditin maksimal məbləği 100 000 manat, müddəti isə 36 ayadəkdir. Xanım sahibkarlar Kapital Bank filiallarına, 196 Sorğu Mərkəzinə və saytına keçid edərək mikro kredit əldə etmək üçün müraciət edə bilərlər. Həmçinin, 30 000 manat məbləğə qədər olan mikro kreditləri girovsuz və zaminsiz əldə etmək mümkündür. Kampaniya 31 mart 2023-cü il tarixinədək edilən müraciətlər üçün keçərlidir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 114 filialı və 25 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — . / banker.az

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
"Rabitəbank"ın Müşahidə Şurası sədrinə müavin təyin edilib
Pekində Azərbaycan dili üçün yeni rəqəmsal resurs yaradılıb — istifadə pulsuzdur
Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®
Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir
Expressbank Bərdədə 300 ağac əkib
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Layihə menecmenti nədir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Dropshipping nədir?