Kapital Bank "Sibos 2022" tədbirində iştirak edir

Kapital Bank (®) Kapital Bank 10–13 oktyabr tarixlərində Niderland krallığının Amsterdam şəhərində keçirilən ənənəvi "Sibos 2022" sərgi-konfransında iştirak edir. Tədbirə Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyevin başçılıq etdiyi nümayəndə heyəti qatılıb. 4 gün davam edən builki "Sibos" tədbiri "Dəyişən dünya üçün proqressiv maliyyə" mövzusuna həsr olunub. 
Pandemiyadan sonra ilk dəfədir ki, canlı formata qayıdan sərgi-konfransda 250-dən çox beynəlxalq spiker rəqəmsal mühitdən faydalanmaq və qeyri-sabit dövrlərdə uğur qazanmaq imkanları, davamlılığın təmin edilməsi, etika və maliyyə sahəsində dünyada bu gün gündəmdə olan digər vacib mövzuları müzakirə edir. Tədbirdə Kapital Bank-ın xüsusi stendi quraşdırılıb, iştirakçılar bank və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə edə bilirlər.
İllik 13.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
"Pandemiyaya dövründə belə Kapital Bank daima beynəlxalq maliyyə təşkilatları ilə sıx əməkdaşlığı davam etdirirdi. "Sibos" sərgi-konfransı dünyanın müxtəlif ölkələrindən və qurumlardan olan ekspertlərlə üz-üzə fikir mübadiləsi aparmaq, təcrübələri paylaşmaq üçün çox gözəl fürsətdir", — deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
Qeyd edək ki, "Sibos" — hər il Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (SWIFT) tərəfindən beynəlxalq maliyyə sənayesi üçün təşkil olunan və dünyanın böyük şəhərlərində baş tutan sərgi-konfransdır. 9 oktyabrda Kapital Bank-ın nümayəndə heyəti builki "Sibos" səfəri çərçivəsində üzv olduğu Maliyyə və Ticarət üzrə Bankirlər Assosiasiyasının (BAFT) Qlobal İllik Yığıncağında da iştirak edib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 112 filialı və 24 şöbəsi ilə müştərilərin xidmətindədir. / marja.az

Banklar     Tarix: 10 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti