Kapital Bank vahid Data və Analitik platformasının müasir modelinin qurulması üçün hədəf həll kimi Alphyn Lakehouse platformasını təsdiqlədi

Kapital Bank vahid Data və Analitik platformasının müasir modelinin qurulması üçün hədəf həll kimi Alphyn Lakehouse platformasını təsdiqlədiKapital Bank Azərbaycanın ən böyük vahid korporativ Data və analitik platformasının qurulması layihəsini həyata keçirir. İT inteqratoru olan Databorn və proqram təminatı təchizatçısı Alphyn ilə birlikdə bank universal açıq mənbə platforması olan Alphyn Lakehouse əsasında innovativ məlumat emalı sistemini tətbiq edir. İnteqrasiyanın birinci mərhələsinin nəticələrinə əsasən, Kapital Bank Alphyn Lakehouse platformasını DWH və analitik vitrinin (Data Marts) yeni modelinin qurulması üçün hədəf həll kimi təsdiqlədi.
"Datalake" yeni texnoloji yanaşmadır. Klassik metodlarla müqayisədə Lakehouse daha çevik analitika imkanları təklif edir, məlumatların saxlanmasını optimallaşdırır və sazlama proseslərini sadələşdirir, minimal xərclərlə yüksək məhsuldarlıq təmin edir.
Bu sinifə aid həllə keçid bankın məlumatların idarə olunması paradiqmasını dəyişməyə, böyük məlumatların saxlanması və emalının ən müasir üsuluna keçməyə, həmçinin, məlumatların yenilənmə müddətini azaltmaqla analitik hesabat və biznes tətbiqləri üçün keyfiyyətcə yeni bir alət əldə etməyə imkan verir.
Alphyn Lakehouse platforması təşkilatın bütün məlumatlarını, həmin məlumatların hansı formatda olmasından asılı olmayaraq, bir məkanda saxlamağa və emal etməyə imkan verir – bu həllin əsasını təşkil edən yüksək məhsuldarlığa malik müasir alətlər vasitəsilə həm klassik cədvəl formatında olan məlumatlar, həm də hər növ, ölçü və formatda olan fayllar, o cümlədən, strukturlaşdırılmamış məlumatlar (audio, video, internet trafiki) yüklənə və emal oluna bilər.
Bundan əlavə, Alphyn Lakehouse platforması bütün mümkün rejimlərdə – batch, near real-time, real-time – məlumat qəbul edə bilir; yüzlərlə istifadəçiyə eyni vaxtda çıxış imkanı yaradır və ən əsası – yetkin Lakehouse platformasına xas olan paradiqma sayəsində MPP (Massive Parallel Processing – "kütləvi paralel işləmə arxitekturası") həlləri ilə müqayisədə əhəmiyyətli dərəcədə daha yüksək yüklənməni daşıya bilir. Platforma istifadəçi sandbox-larının sürətli yaradılmasına yönəlib, hansı ki, ModelOps üçün əsas kimi istifadə oluna bilər: modelin tam həyat dövrünü təkrar etmək, süni intellekt tapşırıqlarını həll etmək və bütün bunlara platformada heç bir dəyişiklik etmədən nail olmaq.
Alphyn Lakehouse-un Kapital Bank-da effektiv işləməsi üçün Databorn komandası bir sıra arxitektur həllər reallaşdırdı. Xüsusilə, məlumatların saxlanması sisteminin yüksək etibarlılığını və nasazlığa davamlılığını təmin edən ixtisaslaşmış S3 (Minio) alt-sistemindən istifadə olundu. Strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların emalı üçün tamamlayıcı texnologiyalar olan Spark və Impala istifadə olunur. Həllin tərkibinə, həmçinin, Apache Iceberg – açıq mənbəli fayl formatı daxil edilmişdir. Bu format böyük analitik cədvəllərin yüksək məhsuldarlıqla oxunması və məlumatların tamamilə yenidən yazılmadan dəyişdirilməsi üçün nəzərdə tutulub. Mənbələrlə platforma arasında near-realtime rejimində məlumatların sinxronizasiyası Kafka + Debezium üzərində qurulmuş vasitə ilə həyata keçirilir.
Alphyn Lakehouse-un resurslarının çevik idarə olunmasını Kubernetes təmin edir. Bu, hər bir komponent üçün ayrılmış güclərin rahat şəkildə tənzimlənməsinə və lazım gəldikdə onları müxtəlif məlumat emalı texnologiyaları arasında dəyişməyə imkan verir – məsələn, Spark və Impala arasında: gecə saatlarında Spark üçün daha çox resurs ayrılaraq məlumatların sinxronizasiyası üzrə normativ işlər sürətləndirilir, gündüz isə – Impala üçün daha çox resurs ayrılır ki, platforma ilə son istifadəçilər arasında qarşılıqlı əlaqə yaxşılaşdırılsın.
Pavel Qamanyuk, icraçı direktor, Databorn: "Yeni məlumat platformasına keçid layihəsi, şübhəsiz ki, aqressiv şəkildə böyüyən biznes şəraitində şirkətin üzləşə biləcəyi ən iddialı çağırışlardan biridir və söhbət paradiqmanın dəyişməsindən gedirsə, tapşırığın mürəkkəbliyi eksponent şəkildə artır. Bizim sənaye təcrübəmiz və oxşar layihələrdə əldə etdiyimiz nəticələr müştəriyə funksionallıq, dəyər və biznes miqyası baxımından ən uyğun məlumat platforması – Alphyn Lakehouse təklif etməyə imkan verdi. Nəticədə, biz ulduzlu tapşırığı yerinə yetirdik. Prosessinqdən və digər mühüm mənbələrdən gələn xam məlumatların platforma səviyyəsində yenilənməsi əməliyyat gününün bağlanmasından sonra 30 dəqiqə ərzində baş verir. Bu həcmdə – beləsi texnoloji inqilabdır.
Beləliklə, bu təşəbbüs çərçivəsində Databorn komandası layihənin əsas mərhələsinə uğurlu başlanğıc üçün zəruri olan ilkin şərtləri formalaşdırdı: nüvə məlumat modelinin dəyişdirilməsi və bundan sonra analitik qatın – hesabat və tətbiqlər üçün platforma daxilində vitrinlərin yaradılması. Əminəm ki, tərəfdaşlarımızın peşəkarlığı və qətiyyətli yanaşması öz növündə unikal layihəni məntiqi sonluğa çatdıracaq və banka bir daha texnologiya sahəsində rəqiblər üzərində şərtsiz qələbəsini bəyan etməyə imkan verəcək".
Seymur Şabanlı, Məlumatların İdarə Edilməsi Ofisinin rəhbəri, Kapital Bank: "Kapital Bank-da biznesin sürətli inkişafı qaçılmaz olaraq köhnəlmiş texnologiyaların, əvvəllər artım üçün əsas prerekvizit olan, daha da genişlənməni ləngidən məhdudiyyətlərə çevrilməsinə gətirib çıxarır. Kapital Bank-ın inkişaf yol xəritəsində nəzərdə tutulmuş bir sıra məsələlər yalnız prinsipcə yeni texnoloji baza üzərində həll edilə bilər. Buna görə də biz Databorn şirkəti ilə birlikdə məlumat platformasını reinjiniring layihəsinə ən müasir və innovativ həlləri – Alphyn Lakehouse kimi – daxil etdik. Bu texnologiyadan istifadə etməklə, biz biznesin məlumatların emalı sürətinə olan tələbatlarını qarşılaya, infrastruktur xərclərinin optimallaşdırılmasını təmin edə və şirkətin bütün fəaliyyət sahələri, o cümlədən, Bir Ekosistemi üzrə yüksək keyfiyyətli və sürətli genişlənməni təmin edə biləcəyik. Bizim əsas məqsədimiz Kapital Bank-ın regionda və onun hüdudlarından kənarda aparıcı texnoloji oyunçu statusunu təsdiqləməkdir".
Kapital Bank – Bir ekosisteminin ayrılmaz tərkib hissəsi və Azərbaycanda Sberbank-ın hüquqi varisi olaraq – artıq 150 ildən çoxdur ki, ölkənin maliyyə sektorunda uğurla fəaliyyət göstərir. Bu gün Kapital Bank Azərbaycanda ən geniş filial və xidmət mərkəzi şəbəkəsinə malik olan ən iri maliyyə qurumudur. Bank Bakı Fond Birjası və Bakı Banklararası Valyuta Birjasının təsisçisi və səhmdarı, eyni zamanda, Azərbaycan Banklar Assosiasiyasının fəal üzvüdür.
Bir ekosistemi ölkənin aparıcı şirkətlərini – Birbank, Birmarket, m10 və MilliÖn – vahid brend altında birləşdirərək istifadəçilərə gündəlik maliyyə və istehlak əməliyyatları üçün vahid məkan təqdim edir. Bununla yanaşı, Bir ekosistemi Trendyol Azerbaijan və BakıKart kimi bir sıra strateji tərəfdaşlarla fəal əməkdaşlıq edir ki, bu da ekosistemin imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir və müştəri təcrübəsini daha rahat və müxtəlif edir.
Databorn – müxtəlif sahələrdən olan şirkətlər (bank sektoru və sığorta sahəsindən tutmuş pərakəndə satış və sənayeyə qədər) üçün geniş İT həlləri spektri təklif edən konsaltinq şirkətidir. Databorn müştərilərə data əsaslı həllər vasitəsilə bizneslərini inkişaf etdirməyə və onun effektivliyini artırmağa kömək edir. Şirkət aşağıdakı sahələr üzrə ixtisaslaşıb: BI və Big Data, maliyyə analitikası və risklərin idarə olunması, DWH, CRM sistemləri, Data Science, Data Governance, Machine Learning, RPA, IoT, BPM, AML və digər sahələr.
Databorn – bu, yüksək ekspertiza və yerinə yetirilmiş layihələrin keyfiyyətidir. Şirkətin heyətində yalnız İT sahəsində uzunillik təcrübəyə malik yüksək ixtisaslı mütəxəssislər çalışır. 
Alphyn – BƏƏ-də yerləşən biznes üçün İT həllərini hazırlayan bir şirkətdir. Konsaltinq sahəsində və aparıcı vendorlarla əməkdaşlıqda 15 illik təcrübə sayəsində şirkət maliyyə sektoru, telekommunikasiya, pərakəndə satış, e-commerce və istehsalat sahələrində tələb olunan yüksək məhsuldarlıqlı həllər yaradır. Alphyn məhsulları şirkətlərə CVM marketinqini inkişaf etdirməyə, AML/CTF tapşırıqlarını avtomatlaşdırmağa, kredit və digər növ risklərlə işləməyə, məlumat analitikası və MLOps sahəsində məsələləri həll etməyə, böyük məlumatları saxlamağa və idarə etməyə imkan verir. / banker.az

Banklar     Tarix: 19 iyul 2025

Oxşar xəbərlər

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

Azərbaycanda kredit kartları üzrə faizlər 27%-ə çatıb – Avtomobil kreditləri də bahalaşıb

Banklarda ən bahalı və ən ucuz kreditlər məlum oldu. Azərbaycanda bankların istehlak kreditləri üzrə orta faiz dərəcələrində fərqli istiqamətlərdə dəyişikliklər qeydə alınıb. Kredit kartları və avtomobil kreditləri üzrə faizlə

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir

Azərbaycan Mərkəzi Bankı lombardların fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik təşəbbüsünün 2027-ci ildə təsdiqlənəcəyinə ümid edir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov oktyabrı

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

Azərbaycanda əhali nağd 1.47 mlrd.-ını manata çeviriblər

Azərbaycanda xarici valyuta təklifinin tələbi üstələməsi 2026-cı ilin sentyabr ayında da davam edib. Hesabat ayında bankların nağd ABŞ dolları alışı 182,2 milyon dollar, satışı isə 98,7 milyon dollar təşkil edib. Beləliklə


iqtisadi xeberler dollar mezenne kicik biznes dollar manat kursu telefonla pul qazanmaq