Kapital Bank və "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" arasında əməkdaşlıq memorandumu imzalandı

Kapital Bank və ®Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" arasında əməkdaşlıq memorandumu imzalanıb. 7 saylı Bakı "ASAN xidmət" mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.
Sənəd çərçivəsində bütün lazımi inteqrasiyalar başa çatdıqdan sonra Birbank rəqəmsal bankında "ASAN xidmət" üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq. 
Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər. "Bu əməkdaşlıq Azərbaycanda innovativ həllərin daha çox əhaliyə əlçatanlığını təmin edəcək. Bildiyiniz kimi, Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Müştəriləmizi keyfiyyətli, rahat və sürətli bank xidmətləri ilə təmin etmək isə bizim başlıca hədəflərimizdən biridir. Son bir neçə il ərzində biz bank xidmətlərinin rəqəmsallaşması, nağdsız dövriyyənin artırılması və ümumilikdə bankla bağlı ehtiyacların yerində və sürətli qarşılanması üçün bir çox layihələr icra etmişik. Bunların heç biri müasir texnoloji həllərin, innnovasiyaların tətbiqi olmadan reallaşa bilməzdi. Sevindiricidir ki, müştərilərimiz tərəfindən də bütün yeniliklər müsbət qarşılanır və sektorun rəqəmsallaşması kifayət qədər sürətlə baş verir" Fərid Hüseynov çıxışında qeyd edib. 
Bu kimi əməkdaşlıqları yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov bildirib ki, "Kapital Bank-la uzunmüddətli və uğurlu əməkdaşlığımız var. Memorandum isə bizə innovasiyaların tətbiqində daha geniş imkanlar yaradacaq. Bütün innovativ və mobil həllərin tətbiqi müştərilərimiz üçündür. İnanıram ki, Kapital Bank-la birlikdə onlara daha geniş, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik". 
İmzalanma mərasimi ilə yanaşı tərəflər "ASAN xidmət" mərkəzi, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, "Bilim Bakı" Mərkəzi, eləcədə "iLAB" innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar. Sonra memorandum çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — , Birbank kartı sifarişi üçün — .
Kapital Bank və Kapital Bank və Kapital Bank və / banker.az

Banklar     Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Sentyabr ödəniş kartlarının sayı 414 min ədəd artıb

Banklar və "Azərpoçt" MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 414 min ədəd artaraq 23 milyon 388 min ədəd təşkil etmişdir. Bu barədə Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu


iqtisadi xeberler valyuta mezennesi dollar mezenne rubl mezenne biznes krediti