Kapital Bank və "ASAN xidmət"in "İnnovasiyalar Mərkəzi" arasında memorandumu imzalandı

Kapital Bank və Ölkənin birinci bankı Kapital Bank və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" arasında əməkdaşlıq memorandumu imzalanıb.
Marja.az xəbər verir ki, 7 saylı Bakı "ASAN xidmət" mərkəzində baş tutan imzalanma mərasimində Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor  Fərid Hüseynov və "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov iştirak ediblər.
Sənəd çərçivəsində bütün lazımi inteqrasiyalar başa çatdıqdan sonra Birbank rəqəmsal bankında "ASAN xidmət" üçün onlayn növbə almaq və dövlət xidmətlərinin rüsumlarının ödənişini yerindəcə, mobil tətbiq vasitəsilə icra etmək mümkün olacaq. 
Tərəflər çıxışları zamanı qurumlar arasında əməkdaşlığı yüksək qiymətləndiriblər.
"Bu əməkdaşlıq Azərbaycanda innovativ həllərin daha çox əhaliyə əlçatanlığını təmin edəcək. Bildiyiniz kimi, Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Müştəriləmizi keyfiyyətli, rahat və sürətli bank xidmətləri ilə təmin etmək isə bizim başlıca hədəflərimizdən biridir. Son bir neçə il ərzində biz bank xidmətlərinin rəqəmsallaşması, nağdsız dövriyyənin artırılması və ümumilikdə bankla bağlı ehtiyacların yerində və sürətli qarşılanması üçün bir çox layihələr icra etmişik. Bunların heç biri müasir texnoloji həllərin, innnovasiyaların tətbiqi olmadan reallaşa bilməzdi. Sevindiricidir ki, müştərilərimiz tərəfindən də bütün yeniliklər müsbət qarşılanır və sektorun rəqəmsallaşması kifayət qədər sürətlə baş verir" - Fərid Hüseynov çıxışında qeyd edib. 
Bu kimi əməkdaşlıqları yüksək qiymətləndirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi"nin direktoru Vüsal Rüstəmov bildirib ki, "Kapital Bank-la uzunmüddətli və uğurlu əməkdaşlığımız var. Memorandum isə bizə innovasiyaların tətbiqində daha geniş imkanlar yaradacaq. Bütün innovativ və mobil həllərin tətbiqi müştərilərimiz üçündür. İnanıram ki, Kapital Bank-la birlikdə onlara daha geniş, səmərəli və rahat imkanlar təqdim edə biləcəyik". 
İmzalanma mərasimi ilə yanaşı tərəflər "ASAN xidmət" mərkəzi, "İNNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, ASAN İnnovativ İnkişaf Mərkəzi, "Bilim Bakı" Mərkəzi, eləcədə "iLAB" innovativ laboratoriyanın fəaliyyəti ilə tanış olublar. Sonra memorandum çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir.
Kapital Bank və Kapital Bank və Kapital Bank və

Banklar     Tarix: 24 oktyabr 2023

Oxşar xəbərlər

Mərkəzi Bankı faiz qərarını açıqladı

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Bu -ın analitiklərinin ötən gün gözlədiyi proqnozla üst-üstə düşür. Faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkə

Mərkəzi Bank valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib

Azərbaycan Mərkəzi Bankı rezident və qeyri-rezidentlərin valyuta əməliyyatlarının aparılması qaydalarında dəyişiklik edib. Dəyişikliklər əsasən xaricə edilən avans ödənişləri ilə bağlı tələbləri əhatə edir. xəbər verir ki

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

PAŞA Bank "ZirvədəSən" təcrübə proqramı üzrə qeydiyyata başladı

PAŞA Bank karyerasını inkişaf etdirmək, real iş təcrübəsi əldə etmək və nəticəyönümlü bilik qazanmaq istəyən tələbə və məzunlar üçün "ZirvədəSən" təcrübə proqramının qeydiyyatına start verib. Proqram çərçivəsind

Bank Respublika "Güzəştli kreditlərin təqdim olunmasında ən fəal bank" seçildi

Bank Respublika Aqrobiznesin İnkişafı Forumunda növbəti dəfə mükafata layiq görüldü!. Bakıda "Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) v

Yelo App-də əmanət girovlu kredit artıq onlayndır

Yelo Bank müştəriləri üçün sadə və faydalı innovativ həllər təqdim etməyə davam edir. Artıq Bankın əmanət müştəriləri təcili pul ehtiyacları yarandıqda əmanətlərinə toxunmaq məcburiyyətində qalmayacaqlar. Yelo App-də təqdi

"Azərbaycan Beynəlxalq Bankı"Orta Asiya və Afrikada maliyyə təşkilatlarına yatırım edə bilər

"Azərbaycan Beynəlxalq Bankı" (ABB) Orta Asiya və Afrika ölkələrində maliyyə təşkilatlarına investisiya edə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib

Yelo Invest ilə PAŞA Bank-ın səhmdarı ol

İnvestisiya dünyasının ən son yeniliklərini müştərilərinə çatdıran Yelo Bank, ölkənin maliyyə bazarında baş verən tarixi hadisəyə – PAŞA Bank-ın İlkin Kütləvi Təklif (IPO) prosesinə qoşulub. Artıq investorlar Yelo Inves

BOKT "Finans Kredit"in 2025-ci il üzrə maliyyə göstəriciləri - Ötən ili mənfəət ilə başa vurub

Bank olmayan kredit təşkilatı - BOKT "Finans Kredit" MMC 2025-ci ili 132 min 55 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə təşkilatın xalis mənfəəti 203 min 263 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət


iqtisadi xeberler valyuta mezennesi en son xeberler bitcoin biznes krediti