"Kapital Bank"ın biznes kreditləri 1 milyardı keçib, istehlak kreditləri 2 milyarda yaxınlaşıb

2023-cü ilk 6 ayında (yanvar-iyun) "Kapital Bank" ASC-nin cəmi kredit portfeli (müştərilərə verilmiş kreditlər) 389 milyon 918 min manat artaraq 30 İyun 2023-cü il tarixində 3 milyard 547 milyon 687 min manat təşkil edib. Ötən ilin sonunda Bankın kredit portfeli 3 milyard 157 milyon 769 min manat təşkil etmişdi.
Marja.az xəbər verir ki, o cümlədən, cari ilin ilk 6 ayında Bankın istehlak kreditləri portfeli 94 milyon 138 min manat artaraq 1 milyard 927 milyon 244 min manata, biznes kreditləri portfeli 219 milyon 532 min manat artaraq 1 milyard 127 milyon 874 min manata, ipoteka kreditləri portfeli isə 76 milyon 248 min manat artaraq  492 milyon 569 min manata çatıb. 31 Dekabr 2022-ci il tarixində Bankın istehlak kreditləri portfeli 1 milyard 833 milyon 106 min manat, biznes kreditləri portfeli 908 milyon 342 min manat, ipoteka kreditləri portfeli isə 416 milyon 321 min manat təşkil etmişdi. 
Xatırladaq ki, 31 Mart 2023-cü il tarixində isə "Kapital Bank"ın istehlak kreditləri portfeli 1 milyard 833 milyon 220 min manata, biznes kreditləri portfeli 947 milyon 922 min manata, ipoteka kreditləri portfeli isə 443 milyon 865 min manata çatmışdı. 
Beləliklə, 2023-cü ilin ikinci rübündə "Kapital Bank"ın biznes kreditləri portfeli 1 milyard manat səviyyəsini keçib, istehlak kreditləri portfeli 2 milyard manata, ipoteka kreditləri portfeli isə yarım milyard manata yaxınlaşıb. 
Həmçinin oxu
Azərbaycan bankı 147 milyon manata yaxın xalis mənfəət açıqladı

Banklar     Tarix: 19 iyul 2023

Oxşar xəbərlər

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb

2026-cı ilin sentyabr ayında ölkə üzrə fəaliyyət göstərən bankomat və POS-terminalların sayında azalma qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının statistik məlumatlara əsasən xəbər verir. Avqust ayında 3 596 ədə

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler valyuta mezennesi valyuta xeberleri biznes qurmaq dollar mezenne