Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər - Tədbirlərə başlanılıb

Kapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər - Tədbirlərə başlanılıbKapital tələblərinə əməl etməyən BOKT-lərin lisenziyası ləğv edilə bilər.
Bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Qeyd edilib ki, AMB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – "Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası" və "Kredit risklərinin idarə edilməsi Qaydası" təsdiq edilərək qüvvəyə minib. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə bu məbləğ 100 min manat müəyyən edilib. Bu dəyişikliklər BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi daşıyır.
Kapital tələblərini yerinə yetirməyən mövcud BOKT-lərə Mərkəzi Bank tərəfindən icrası məcburi göstərişlər verilib. Hesabatlara əsasən, əksər təşkilatlar bu tələbləri artıq yerinə yetirib. Lakin kapitalı tələblərə uyğun olmayan bəzi BOKT-lərlə bağlı lisenziyanın ləğvi üçün inzibati tədbirlərə başlanılıb. Bu təşkilatlar barədə ictimaiyyətə əlavə açıqlama veriləcəyi bildirilib.
Mərkəzi Bank qeyd edib ki, BOKT-lərin fəaliyyəti yeni qaydalar əsasında davamlı nəzarətdə saxlanılır. Tələblərə əməl etməyən BOKT-lərə qarşı qanunvericilik çərçivəsində zəruri addımlar atılacaq.
© APA / marja.az

Banklar     Tarix: 22 iyul 2025

Oxşar xəbərlər

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum


iqtisadi xeberler dollar məzənnəsi valyuta kurslari valyuta xeberleri leobank kart