Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?

Kartdan karta səhv köçürülən pulu necə geri almaq olar?Rəqəmsal bank xidmətlərinin geniş yayılması ilə kartdan karta pul köçürmələri də xeyli artıb. Bununla yanaşı, səhv köçürmələr də tez-tez rast gəlinən problemlərdən birinə çevrilib. Belə vəziyyətdə pulu geri almaq mümkündürmü? Qanun bu kimi hallarda nə deyir?
Vəkil Amid Əsgərov bu mövzuya aydınlıq gətirib.
Vəkilin sözlərinə görə, kartdan karta səhv pul köçürmələri zamanı göndərilən pulu geri almaq mümkündür. Amma bunun üçün işin gedişatından asılı olaraq müəyyən zaman tələb olunur: "İlk növbədə səhv köçürmə edən şəxs bu barədə banka məlumat verməlidir. Belə olan halda bank pulu alan şəxslə əlaqə yaradaraq, köçürmənin səhv həyata keçirildiyini və həmin məbləğin geri qaytarılmalı olduğunu bildirir. Pulu alan şəxs vəsaitin qaytarılmasına razı olduğu halda məsələ asanlıqla həll olunur".
A.Əsgərov bildirib ki, problem pulu alan şəxsin onu qaytarmaqdan imtina etdiyi hallarda yaranır. Belə olan halda yeganə həll yolu məhkəmə qaydasında həmin pulun tələb edilməsidir: "Burada isə çətinlik yaradan məsələ, pulu səhvən alan şəxs barəsində məlumatların əldə edilməsidir. Belə ki, bu məlumatlar bank sirrini təşkil edən məlumatlar olduğundan – bank həmin məlumatları pulu göndərən şəxsə verməkdən imtina edir. Bu halda ilkin olaraq məlumatların əldə edilməsi üçün, daha sonra əsassız varlanmış şəxsə qarşı iddia qaldırmaq üçün məhkəməyə müraciət olunmalıdır".
O qeyd edib ki, səhvən pulu əldə edən şəxs əsassız varlanmış sayılmaqla əldə etdiyi məbləği geri qaytarmağa borcludur: "Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin".
A.Əsgərov bildirib ki, pulu səhvən alan şəxs həmin məbləği xərcləyib-xərcləməməsindən asılı olmayaraq həmin məbləği qaytarmalıdır. / banker.az

Banklar     Tarix: 04 iyul 2026

Oxşar xəbərlər

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

BOKT-lərin xalis mənfəəti 2,5 dəfədən çox artaraq 153 milyon manatı keçib

Azərbaycanda fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının (BOKT) 2026-cı ilin yanvar–sentyabr aylarında xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. bank olmayan kredit təşkilatlarını

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb

Azərbaycan bankları 2026-cı ilin yanvar-sentyabr ayında komissiyadan 344.4 mln. manat gəlir əldə ediblər. bunu Mərkəzi Banka istinadən xəbər verir. Bu da illik müqayisədə komissiya gəlirlərinin 8.2% artımı deməkdir. Ötə

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Bazarda ən sürətlə böyüyən sığorta şirkəti - yığımları 84% artıb

"Meqa Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarında 22 milyon 760 min manat sığorta haqqı toplayıb. -ın Azərbaycan Mərkəzi Bankının statistik göstəriciləri əsasında apardığı hesablamalara görə, bu, ötə

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC-nin topladığı sığorta haqları 2026-cı ilin yanvar–sentyabr aylarında 308 milyon 931 min manat təşkil edib. -ın hesablamalarına görə, bu, 2025-ci ilin eyni dövründəki 272 milyon 931 min manatlı


iqtisadi xeberler investisiya biznes ideyalari telefonla pul qazanmaq bitkoin almaq