Kazımov Qazaxıstanda Mərkəzi Bankın inflyasiyaya qarşı mübarizə tədbirlərindən bəhs edib
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Qazaxıstan səfəri çərçivəsində özbəkistanlı həmkarı Mamarizo Nurmuratovla görüşüb.
Marja.az xəbər verir ki, görüş zamanı Kazımov və Nurmuratov rəhbərlik etdiyi qurumların maliyyə sabitliyinin təmin olunmasındakı rolundan danışıblar.
Həmçinin Azərbaycan Respublikası Mərkəzi Bankı ilə Özbəkistan Mərkəzi Bankı arasında gələcək əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov "Qazaxıstan maliyyəçilərinin XI konqresi" çərçivəsində bir sıra mərkəzi bankların sədrləri və nümayəndələri ilə hazırkı şərtlər daxilində həyata keçirilən monetar siyasət ətrafında müzakirələr də aparıb.
"Öz növbəmdə Azərbaycanda son dövrlərdə inflyasiyanın təsirlərinin aradan qaldırılması və inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonuna qaytarılması istiqamətində həyata keçirdiyimiz kompleks tədbirlərdən bəhs etdim", - Kazımov "X" sosial şəbəkəsindəki səhifəsində bildirib.


Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Serbiyada rusların üstünlük verdiyi bank bağlanıb, müştərilərin pulları dondurulub
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
Startup nədir və necə olur?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən varlı 10 müğənnisi
Biznes qurmaq istəyənlərə 10 məsləhət
IMEI kod nədir?