"Keçən həftədən banklararası kartlarla olan komissiya haqları azaldılıb"
Bu gün depozitlərin 82%-i bir ilədək olan əmanətlədir. Bu da bankların uzun müddətli biznes kreditləri verilməsinə mane olur.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, fevral ayında vergi güzəşti vaxtı bitəndən sonra 30 minədək olan depozitlərin artım tempi azalıb: "Dəyişiklik layihəsində məhz bu seqmentin stimullaşdırılması nəzərdə tutulur. Fiziki şəxslərin əmanətlərin vergiyə cəlb edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif edilir".
Taleh Kazımov qeyd edib ki, kapital bazarlarında 9 ayda fond birjası 37.1% artıb: "Ölkədə nağdsız ödənişlərin artırılması siyasətimizin əsasını təşkil edir. Sırf belə ödənişlərin sayı 2.3 dəfə artıb. Keçən həftədən banklararası kartlarla olan komissiya haqları azaldılıb". / banker.az

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə üstələyib
ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb
ZARA-nın uğur hekayəsi
Onlayn biznes növləri
Marketinq nə demədir?
İban nədir?
Digital Card nədir?