Kibercinayətlə bağlı qalmaqallı cinayət işi. Mikro kredit bazarının lideri olan Azpulmat-ın tövsiyələri

Kibercinayətlə bağlı qalmaqallı cinayət işi. Mikro kredit bazarının lideri olan Azpulmat-ın tövsiyələriBu yaxınlarda hüquq-mühafizə orqanları tərəfindən kibercinayətkarlığa qarşı növbəti uğurlu əməliyyat keçirilib. Belə ki, 2000-ci il təvəllüdlü  paytaxt sakini Sənan Abbasov sərhədi keçmək istəyərkən saxlanılıb. O, TikTok sosial şəbəkəsində bank olmayan kredit təşkilatlarının adlarına oxşar saxta səhifələr yaradıb, vətəndaşların etibarından və maliyyə həssaslığından istifadə edərək, onları aldadıb. Müxtəlif metodlardan istifadə edən Sənan Abbasov ümumilikdə 200 nəfəri aldadaraq 350.000 manatdan çox pul mənimsəyib. Hüquq-mühafizə orqanları cinayətlərin bütün detallarını açaraq müvafiq tədbirlər həyata keçiriblər. Bu hadisə bizə müasir fırıldaqçıların nə qədər təhlükəli olduqlarını, həmçinin öz pulumuzu və şəxsi məlumatlarımızı qorumağın nə qədər vacib olduğunu göstərir.
Bəs necə edək ki, bu cür fırıldaqçıların qurbanına çevrilməyək? Hazırda ölkəmizdə mikro kredit bazarının lideri sayılan Bank olmayan kredit təşkilatı (BOKT) "Azpul" MMC-nin kibertəhlükəsizlik üzrə ekspertinin mövzu ilə bağlı bəzi tövsiyələri var.
Şübhəli təkliflərdən ehtiyat edin!
"İlk növbədə, naməlum şəxslərdən gələn cəlbedici təkliflərdən çəkinin. Dələduzlar tez-tez şəxsi məlumatlarınızı əldə etmək üçün diqqət çəkən təkliflər edirlər. Unutmayın ki, pulsuz pendir yalnız tələdə olur. Əgər sizə kreditlərin rəsmiləşdirilməsi, limitlərin artırılması, faiz dərəcəsinin azaldılması və ya gecikmə tarixçəsinin silinməsi ilə bağlı kömək təklifi olunursa, əmin olun ki, bu dələduzluq halıdır!
Yadda saxlayın:
Kreditiniz kənar şəxslər tərəfindən tam və ya qismən ödənilə bilməz.
Faiz dərəcəsi heç bir müraciət əsasında azaldıla bilməz.
Limit süni şəkildə qaldırıla bilməz.
Gecikmə haqqında tarixçə üçüncü şəxslərin istəyi ilə silinə bilməz.
Saxta sorğulardan uzaq olun!
Rəsmi maliyyə qurumları və dövlət idarələrinin nümayəndələri mesajlaşma vasitəsilə sizdən linkə keçid etməyi  və ya şəxsi məlumatlarınızı təqdim etməyinizi istəyə bilməz. Şübhəli hallarda məlumatları yalnız rəsmi kanallar vasitəsilə yoxlayın.
Məlumatlarınızı qoruyun!
Məlumatlarınızı yaxınlarınıza belə ötürməyin, çünki dələduzlar müxtəlif proqram təminatlarından istifadə edərək sizin tanışlarınızın adından saxta mesajlar yaza bilərlər.
Şübhəli linklərə keçid etməyin. Belə linklərə keçid edərək, özünüzü xəbəriniz olmadan cinayətkarların qurbanına çevirə bilərsiniz.
Hesablarınıza əlavə təhlükəsizlik girişi təmin etmək üçün iki faktorlu kimlik doğrulamasından istifadə edin. Bu, dələduzların işini xeyli çətinləşdirən əlavə təhlükəsizlik tədbiridir.
Şifrələrinizin mürəkkəb olmasına diqqət yetirin. Şifrələrdə hərflər, rəqəmlər və xüsusi simvolların kombinasiyalarından istifadə edin.
Bank məlumatlarına diqqətli yanaşın!
SMS mesajlarından əldə etdiyiniz birdəfəlik kodları digər şəxslərə ötürməyin. Bu kodlar sizin maliyyə təhlükəsizliyinizin açarıdır.
Kart məlumatlarınızı alış-veriş saytlarında qeydiyyatdan keçirməyin.
Qeyri-rəsmi və lisenziyasız tətbiqləri yükləməyin, çünki onlar zərərli proqram təminatı daşıya bilər.
Şübhə yarandıqda dərhal tədbirlər görün!
Əgər dələduzluq qurbanı olduğunuzu hiss edirsinizsə, dərhal hüquq-mühafizə orqanlarına, bankınızın və ya bank olmayan kredit təşkilatının çağrı mərkəzinə müraciət edin. Unutmayın ki, kibercinayətkarları aşkar etmək çox çətindir, çünki dələduzlar əldə etdikləri vəsaitlərlə ölkə xaricində kriptovalyuta alışı edirlər".
BOKT "Azpul" MMC ölkənin mikro kredit bazarının lideri hesab olunur. Xidmətlərimiz haqqında daha ətraflı məlumat əldə etmək üçün azpul.az saytı və sosial şəbəkələrdəki rəsmi səhifələrimizi izləyin. Əlaqə üçün 1670 müştəri xidmətləri mərkəzi ilə də əlaqə saxlaya bilərsiniz.
Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankının 18 sentyabr 2020-ci il tarixli BKT-34 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. / banker.az

Banklar     Tarix: 11 sentyabr 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl


iqtisadi xeberler biznes krediti investisiya bu gunun xeberleri pul qazanmaq