KOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıb

KOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti İstanbula səfər çərçivəsində Türkiyənin dövlət və özəl qurumları ilə bir sıra görüşlər keçirib. 
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun Türkiyənin "Getir" şirkətinin baş icraçı direktoru Hatice Evren, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) baş direktoru Orhan Aydın, Türk Girişim və İş Dünyası Konfederasiyasının (TÜRKONFED) İdarə Heyətinin sədri Süleyman Sönmez, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) İdarə Heyətinin sədri Mahmut Asmalı, Beynəlxalq Biznes Forumun (IBF) prezidenti Erol Yarar və Türkiyәnin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) prezidenti Nail Olpakla görüşlərində Azərbaycan və Türkiyə KOB-ları arasında əlaqələrin inkişafına, bu sahədə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. 
Həmçinin səfər zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin "CCN Group"un İdarə Heyətinin üzvü Burak Vardan və heyəti ilə görüşərək ölkəmizdə Dövlət-Özəl Sektor Tərəfdaşlığı çərçivəsində həyata keçirilə biləcək səhiyyə layihələrinə investisiya qoyuluşu imkanlarını müzakirə edib. 
Türkiyənin "MNG" Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Mehmet Nazif Günal ilə keçirilmiş görüşdə isə nəqliyyat və logistika sahəsində əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb. 
Səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov İstanbulda keçirilmiş 2-ci Türkiyə-Azərbaycan Enerji Forumunda iştirak edərək KOB-ların enerji sektorunda fəaliyyəti barədə çıxış edib. Qeyd edilib ki, enerji sektoru ölkələrimiz arasında qarşılıqlı əlaqələrin inkişafı üçün yeni perspektivlər yaradır. Hər iki ölkədə bizneslərin 99%-ni KOB subyektləri təşkil edir və onların bir hissəsi enerji sektorunda təmsil olunur. Enerji sektorunda KOB subyektləri arasında iqtisadi əlaqələrin genişləndirilməsi ümumi ticarət dövriyyəsinin və investisiyaların həcminin artırılmasına əhəmiyyətli töhfə verə bilər.  
KOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıbKOBİA-nın sədri Türkiyə holdinqləri ilə danışqlar aparıb/ marja.az

Banklar     Tarix: 07 oktyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Expressbank Bərdədə 300 ağac əkib

Expressbank "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti ağacəkmə aksiyasını həyata keçirib. Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun Əliyanlı və Şirvanl

Ziraat Bank Azərbaycan "Zəfər Günü" münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

Ziraat Bank Azərbaycan 8 Noyabr – Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində təşkil olunan növbəti ağacəkmə aksiyasında iştirak edib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və maliyy

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Xalq Bank premium kartları 50 % endirimlə təqdim edir

Xalq Bank müştərilərin premium kart üstünlüklərindən daha rahat və sərfəli şərtlərlə yararlanması məqsədilə yeni kampaniyaya start verib. Belə ki, müştərilər kampaniyadan yararlanmaqla Mastercard Black Edition və Visa Infinit

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana


iqtisadi xeberler en son xeberler bitkoin qiymeti birbank bitcoin qiymeti