"Koç Holding"dən "Yapı Kredi" ilə bağlı yeni açıqlama
Daha əvvəl "Yapı Kredi"dəki paylarının satışı ilə bağlı danışıqlar aparıldığını bildirən "Koç Holding", yeni açıqlamasında əməliyyatın detalları ilə bağlı mətbuatda dərc olunan məlumatların doğru olmadığını bildirib.
Marja.az xəbər verir ki, Holdinqin İctimaiyyəti Məlumatlandırma Platformasında (KAP) yerləşdirdiyi açıqlamasında bildirilib ki, KAP-da əvvəl yerləşdirilən məlumatdan sonra mediada məsələ ilə bağlı müxtəlif xəbərlər, şərhlər və investorların sualları davam edir. Mətbuatda dərc olunan xəbərlərdə əməliyyatın təfərrüatları ilə bağlı verilən məlumatlar həqiqəti əks etdirməir.
Holdinq açıqlamasında, "Mövzu ilə bağlı hər hansı konkret məlumat olması halında, müvafiq qaydalara uyğun olaraq investorlarımız ilə paylaşılacaq. Şirkətimiz tərəfində edilən rəsmi açıqlamalardan başqa məlumatlara etibar etməməyi xatırlatmaq istəyirik", -qeyd edib.

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları