"KredAqro" BOKT 2024-cü il üzrə əsas göstəricilərini açıqladı

"KredAqro" Bank Olmayan Kredit Təşkilatı 2024-cü ilin yekunlarına əsasən əsas maliyyə göstəriciləri üzrə artım dinamikasini qorumuş və bazarda mövqeyini möhkəmləndirmişdir. 
Təşkilatın yaydığı press-relizdə bildirilir ki, real sektorun, ev təsərrüfatlarının dəstəklənməsi istiqamətində və yeni rəqəmsal məhsulların inkişafı istiqamətində aktiv fəaliyyətlərini davam etdirən "KredAqro" BOKT MMC 2024-cü ili  112 min 83 manat xalis mənfəətlə başa vurmuşdur. Təşkilat 2023-cü ili 87 min 478 manat xalis mənfəət ilə bağlamışdı.
Qeyd olunub ki, 2024-ci ilin yekunlarına görə, "KredAqro" BOKT MMC-nin cəmi aktivləri 10 milyon 479 min 521 manat olmaqla, ötən ilin analoji dövrü ilə müqayisədə 22.22 % artım etmişdir. Təşkilatın xalis kredit portfeli  6 milyon 914 min 221 manat olmuşdur ki, bu da  ötən ilki göstərici ilə müqayisədə 29.53 % artım deməkdir.
Təşkilatın 2024 cü il üzrə ümumi faiz gəlirləri 1 milyon 880 min 742 manat olmuşdur ki, bu da  əvvəlki ilin sonu ilə müqayisədə 28.27 %  artmışdır.  Digər müsbət göstərici olaraq, təşkilatın xalis kredit portfeli ötən il ilə müqayisədə 1 milyon 576 min 374 manat, yəni 29.53 % nisbətində artım olmuş və problemli kreditlərin səviyyəsi ötən illə müqayisədə 1,38% nisbətində azalmışdır.
Vurğulanıb ki, hesabat ili ərzində  təşkilat, "PAŞA Bank" kimi nüfuzlu maliyyə qurumu ilə uğurlu maliyyə əməkdaşlığını davam etdirmiş, cəlb olunmuş maliyyə vəsaitinin həcmini artmış və nəzərdə tutulmuş öhdəlikləri vaxtında yerinə yetirmişdir.
Eyni zamanda, qeyd olunub ki, 2024 cü il ərzində təşkilatın xüsusi mobil tətbiqi tam olaraq istifadəyə verilmiş və tam rəqəmsal məhsul olan "Mobil Kredit" məhsulunu öz müştərilərinə təqdim etmişdir. Belə ki, "Mobil Kredit" məhsulu tam olaraq avtomatlaşdırılmış və şəxsi istehlak məqsədi üçün online qaydada verilən kredit məhsuludur. Bundan başqa qeyd olunmalıdır ki, təşkilat, risklərin minimuma endirilməsi istiqamətində innovativ tədbirlər həyata keçirmiş və bu istiqamətdə də əsaslı rəqəmsallaşma modelləri tətbiq etmişdir.  
"Təşkilatın maliyyə göstəricilərinin ötən ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli müsbət dinamikası müşahidə olunur və tətbiq edilən innovativ həllər, qarşıdakı illərdə də bu müsbət  tendensiyaların qoruyacağı və gəlirlərinin artacağından xəbər verir",- press-relizdə qeyd edilib.   
2000-ci ildən etibarən fəaliyyət göstərən "KredAqro" BOKT MMC ölkənin müxtəlif regionlarında 11 satış nöqtəsi ilə müştərilərinin xidmətindədir və 24 illik təcrübəsi ərzində müxtəlif dövrlərdə BOKT-lar arasında lider mövqelərdə  yer almışdır. Təşkilat öz müştərilərinə biznes, şəxsi istehlak, kənd təsərüffatı, lizinq, Lombard və rəqəmsal platforma üzərindən online istehlak kreditlərini təklif edir. Müştərilərə göstərilən xidmətlərin keyfiyyətini müntəzəm olaraq yüksəldilməsi və bu xidmətlərin çeşid və əhatə dairəsinin genişləndirilməsi Təşkilatın əsas məqsədlərindən biridir. Beləliklə qeyd olunmalıdır ki, təşkilat, müştərilərin məmnuniyyətinin artırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirmiş və gələcək illərdə də bu tendensiyanın davam etdirməsi istiqamətində çalışır.
"KredAqro" BOKT MMC-nin ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. "KredAqro" BOKT MMC–nin təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 4412134  Məlumat Mərkəzinə zəng edərək, habelə Təşkiatımızın rəsmi web səhifəsini və ya sosial şəbəkələrdəki (Facebook, Instagram, və.s) səhifələrini izləyərək əldə edə bilərsiniz.
/ marja.az

Banklar     Tarix: 01 aprel 2025

Oxşar xəbərlər

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir

Azərbaycan Mərkəzi Bankı yerli bankların xarici ölkələrin maliyyə bazarlarına çıxışını müsbət qiymətləndirir və belə təşəbbüsləri dəstəkləməyə hazırdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

"Fitch Solutions": Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini bu il 6%-ə kimi endirəcək

Azərbaycanda uçot dərəcəsi 2026-cı ilin sonunda 6%-ə, 2027-ci ilin sonunda 5,88%-ə, 2028-ci ilin sonunda 5,44%-ə kimi enəcək, 2029-cu ilin sonunda isə 5,66% təşkil edəcək. Bu barədə "Fitch Group"a daxil olan "Fitc

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Nağdsız ödənişlərin artım tempi zəifləyib – Elektron ticarətdə isə geriləmə var

Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı artmaqda davam edir. 2026-cı ilin sentyabr ayının sonuna banklar və "Azərpoçt" MMC üzrə dövriyyədə olan ödəniş kartlarının sayı 23 milyon 388 min ədədə çatıb

Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar

Dövlət Bankı Azər Türk Bank atb360 mobil tətbiqini yeniləyərək müştərilərinə daha geniş rəqəmsal bankçılıq imkanları təqdim edir. Yenilənmiş dizaynı, optimallaşdırılmış fəaliyyəti və əlavə funksiyaları ilə atb360 istifadəçiləri

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların


iqtisadi xeberler bitkoin almaq bitcoin qiymeti 1000 manatla biznes avtomobil xeberleri