Kredit götürərkən sığorta niyə vacibdir? Niyə bu alətə maraq azdır?

Kredit götürərkən sığorta niyə vacibdir? Niyə bu alətə maraq azdır?□ Kredit sığortası nədir?
□ Bu bazarın niyə inkişafı ləng edir?
□ Bu sığorta kredit götürən üçün niyə faydalıdır?
BANKER.AZ — Azərbaycanda aparılan statistikaya əsasən, istehlak kreditləri götürən əhalinin 95 faizinin sığortası yoxdur. Statistikadan da göründüyü kimi, kredit borcuna girən şəxslər üçün bu sığortaya maraq olduqca aşağıdır.
Ölkəmizdə əmlak alışı üçün nəzərdə tutulan ipoteka krediti götürülən zaman həyat sığortası mütləq sayılır. Həyat sığortası zamanı həyatın və ya əmək qabiliyyətinin itirilməsi şəraitində borclu bank müştərisi kredit müqaviləsi üzrə qalıq borcunuza bərabər məbləğin sığorta şirkəti tərəfindən ödənilir. Belə olan halda, borc tam qarşılanır və ev onun (və ya varisinin) mülkiyyətində qalır.

Qeyd edildiyi kimi, ölkəmizdə istehlak kreditləri üçün bu, könüllüdür və əhalinin buna marağı olduqca aşağıdır. 2023-cü ilin sonunda istehlak kreditlərinin həcmi tarixi maksimum yeniləməklə 7 mlrd. 141.9 milyon manat ekvivalentinə qalxsa da, kreditlər üzrə cəmi 3.83 mln. manat sığortalanma qeydə alınmışdı.
Məsələn, hazırda ölkədə hər hansısa şəxs kredit təşkilatından (bank, BOKT, kredit ittifaqı) kredit borcu cəlb edir və bu borcla bağlı ödəniş qabiliyyətini itirdiyi halda bu öhdəliklər onun hüquqi varislərinin və ailəsinin üzərinə düşür. Bu, çox hallarda həmin şəxslər ilə kredit təşkilatları arasında çətinliklər yaradır. Belə olan halda, bu kreditlər üçün sığortanın olması çox vacib və faydalı ola bilər. Həmçinin nədənsə bu sığorta aləti indiyə qədər ölkədə populyar olmayıb.
İnsanların belə bir alət olarkən, niyə ona marağın az olması sualına cavab olaraq sığorta şirkətinin rəhbərliyində çalışmış Əli Bayramov Banker.az-a açıqlama verərərkən buna bir neçə səbəbi əsas gətirir. Ə.Bayramov deyir ki, bu növdə [kredit sığortası] məhsullar banklar tərəfindən məcburi edildikdə, müştəri üçün kredit şərtləri maraqsızlaşır.
"Başqa sözlə, kreditlə bağlı xərclər artır deyə, müştərilər həmin bankdan kredit almağı üstün tutmurlar. Çünki kredit rəsmiləşdirilən zaman orada nağdlaşdırma ilə bağlı komissiya, illik faizlər nəzərə alanda və üstəlik də sığorta ödənişi borlanan üçün çox böyük xərclər yaranır", – deyə Ə.Bayramov bildirir.
Hüquqşünas Əkrəm Həsənov da bu fikirlə razıdır ki, banklar və sığorta şirkətləri bu sahədə birgə çalışıb [kredit üçün] sığorta məhsulu çıxarsınlar.
Bununla belə, sığorta eksperti Ə.Bayramova görə, əhali üçün sığorta məhsullarının çeşidləri artırılmalıdır.
"Onlar üçün hissə-hissə sığorta ödənişi aktuallaşmalıdır. Bu ödənişlər aylara bölünərsə, müştəri üçün çox böyük xərc görünməyə bilər. Adam 1000 manat kredit borcu götürür və görür ki, yuxarıdakı prosedurlar üzrə artıq 150 manat xərci yaranır. Adam oturub fikirləşir ki, nə oldu daha "mən 1000 manatın artıq 150 manatını xərcləmişəm və hələ bunun da illik faiz xərci qalıb", – deyə Əli Bayramov bildirir.
Ə.Həsənov da qeyd edir ki, istehlak kreditlərində sığortanın olmamamsı ciddi problemlərə yol açır: "Bəzən vətəndaşlar məndən və ya mətbuatdan belə bir məsələni də maraqlanırlar. Deyək ki, vətəndaş ölüb, bir evi qalıb və həmin evdə də onun vərəsələri qalır. Əgər o ev vərəsələrə keçirsə, o zaman həmin vərəsələr bu borcu bağlamalıdır. Bu da xeyli problemə gətirir. Evin başçısı işləyib qazanırdı, lakin onun həyat yoldaşı və ya uşaqları bu krediti verə bilmirlər. Nə ola bilər? Bank buna görə onları məhkəməyə verə və evi onlardan ala bilər. Deməli, həmin şəxslər evsiz qala bilərlər".
Dünyada "bank-assurance" deylən bir alət var və bu kanalla bank məhsulları satılır. Bayramov deyir ki, "müştəriyə bu məhsullar təqdim edilərkən düzgün sadalanıb çatdırılmalıdır ki, buna əlavə xərc kimi baxılmasın. Müştəri bilsin ki, bu məhsul onu və vərəsələrini gələcəkdəki hadisələrdən sığortalayır".
"Məsələn, bu adam istehlak kreditini götürüb evini təmir etməlidir. Lakin burada risklərə baxmaq lazımdır. Necə ki, ipoteka kreditlərində həmçinin əmlak və həyat sığortası var, bunu təmir kreditlərində də tətbiq etmək olar. Belə olan halda bank əmin olacaq ki, müştərinin ödəmə qabilyyəti itmir. İtsə belə, borclunun kredit öhdəliklərinin əvəzini sığorta şirkəti qarşılayır", – deyə Ə.Bayramov vurğulayır.
Lakin, Ə.Bayramov nəinki kreditlər üzrə, həmçinin bütün növ sığorta məhsullarında insanların marağının aşağı olduğunu deyir. Onun sözlərinə görə, yalnız icbari sığortalarda böyük nəticə var.
"Mən həmişə demişəm və təkrar edirəm, Azərbaycanda əhalinin sığortaya olan marağını artırmaq üçün iki mühüm məsələ həll edilməlidir: sığorta hadisəsi müddətinin tənzimlənməsi və dəymiş zərərin müəyyən edilməsi. Sığorta hadisəsi zamanı insanları çox get-gələ salırlar və bu, bezdirici olur. Əksər hallarda dəymiş zərəri isə sığorta şirkətləri süni şəkildə azaldırlar və bu da müştəri məmnuniyyətsizliyinə səbəb olur. Bu iki məsələ sığorta sektorunun məmnuniyyətinə ən böyük zərbə vuran məsələdir", – deyə Əli Bayramov bildirir.
Bayramov bu məsələdə isə Mərkəzi Bankın üzərinə məsuliyyət düşdüyünü deyir. Əli Bayramov "tənzimləyici elə rıçaq və ya sistem istifadə etməlidir ki, bu iki məsələni nəzarətə götürə bilsin" deyir. "İnanın Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur. Bu yuxarıda qeyd etdiyim məsələyə diqqət yetirilsə, bəsdir", – o əlavə edir.
"Borcalanın həyat sığortası elə ilk növbədə onun özü üçün lazımdır. O öldüyü halda, ev ondan ailəsinə miras qalırsa belə, artıq onların üzərində borc olmayacaq: "Bankın da kredit riskləri kiçilir. İllərlə məhkəmələrdə düşüb, vərəsə axtarılmayacaq. Bu, sığorta şirkətlərinin də xeyrinədir və sığortaçılar üçün əlavə gəlir yeridir", – Ə.Həsənov deyir.
Qeyd edək ki, Azərbaycanda banklar istehlak kreditlərini əhaliyə digər kreditlərlə müqayisədə yuxarı faizlə təqdim edir. Məsələn, 2024-cü ilin birinci rübünün sonuna nəzər yetirdikdə məlum olur ki, manatda kredit kartları ilə verilən kreditlər illik 23%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər illik 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər illik 16% və avtomobil kreditləri illik 11% ilə təqdim edilir. Göründüyü kimi risklər yüksəldikcə banklar da mümkün zərərləri qarşılamaq üçün həmin subyektlərə faizləri yüksəldirlər. Konsensus fikir bundan ibarətdir ki, bu sektorda sığorta sisteminin tətbiqi kredit təşkilatının müştərisi və onların varisləri üçün faydalı olmaqla bərabər, kredit təşkilatlarının özü üçün də faydalı olacaq. Nəticədə, banklar mümkün risklərin qarşılandığını görərək faizləri endirə bilər və bu da dolayısı ilə əhali üçün faydalıdır.

Banklar     Tarix: 21 may 2024

Oxşar xəbərlər

Rabitəbank ipoteka kreditləri üçün razılıq sistemini istifadəyə verib

Rabitəbank müştərilərin ipoteka kreditlərindən istifadə imkanlarını daha da genişləndirib. Artıq MİDA (Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi) tərəfindən tikilən mənzillərin ipoteka krediti ilə alınmas

Azərbaycanda manatla verilmiş kreditlər bahalaşıb

Bu ilin oktyabr ayının 1-nə kimi Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi məlum olub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, yeni verilmiş kreditlər üzrə orta illi

Mərkəzi Bank kommersiya bankını cərimələdi – MƏBLƏĞ

Azərbaycan Mərkəzi Bankı "AFB Bank" ASC barəsində inzibati protokol tərtib ediv və məhkəmə tənzimləticinin lehinə qərar verib. xəbər verir ki, sentyabrda AMB tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsind

Daha bir bankın nizamnamə kapitalı 100 milyon manatı keçib

"Azər Türk Bank" ASC-nin nizamnamə kapitalı 100 milyon 500 min manata çatdırılıb. . xəbər verir ki, Bankın nizamnamə kapitalı 21 milyon 500 min manat artırılıb. İndiyədək "Azər Türk Bank" ASC 79 milyo

AccessBank "Access2Success" layihəsinə dördüncü dəfə start verdiyini elan edir

AccessBank qadın sahibkarların biznes bacarıqlarını, idarəetmə qabiliyyətini və maliyyə savadlılığını artırmaq məqsədilə "Access2Success" layihəsinə növbəti dəfə start verdiyini elan edir. Layihə Avropa Yenidənqurm

Bir ekosistemindən ticarət sənayesinin inkişafı üçün daha bir addım

Bir ekosisteminin e-ticarət platforması olan Birmarket, ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədilə tərəfdaşlarını Ticarətçilər Forumunda bir araya topladı. 3 noyabr 2025-ci il tarixində baş tutan tədbirin əsa

Üç iri bank dövlətdən 300 mln. manatlıq depozit cəlb edib

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təşkil edilən depozit hərracının nəticələrinə əsasən, xəzinə hesabının 300 milyon manat həcmində qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ə

Bankların iflas proseduru çərçivəsində aktivlərinin ƏDV-dən azad olunma müddəti artırılır

Bankların iflas proseduru çərçivəsində aktivlərinin təqdim edilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad olunma müddəti daha 5 il uzadılır. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilə

 "Xəmsə" birlik yarışında Kapital Bank iki layihə ilə qalib oldu 

Hər il ənənəvi olaraq PAŞA Qrup şirkətlərinin əməkdaşlarının sinerjisini gücləndirmək və korporativ dəyərlərə sadiqliyini təşviq etmək məqsədilə keçirilən "Xəmsə" birlik yarışının qala gecəsi baş tutdu. PAŞA Holdin


iqtisadi xeberler bitkoin qiymeti dollar mezenne bitcoin internetden pul qazanmaq