"Kreditlərin 80%-ə yaxını Bakı və Abşeronun payına düşür"

Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 mlrd. manat təşkil edir ki, bu kreditlərin 80%-ə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. 
Marja xəbər verir ki, bunu Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı, İpoteka və Kredit Zəmanət Fondu və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə "Kredit zəmanət mexanizminin biznesin inkişafında rolu" mövzusunda ictimai müzakirədə  Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.
O qeyd edib, hazırda Azərbaycanda qeydiyyatdan keçmiş sahibkarların sayı 1,4 milyona yaxındır. Bu rəqəm ölkəmizdə biznes qurmaq, özəl sektorda çalışmaq istəyənlərin böyük olduğunun göstəricisidir. Biznesin yaradılmasında maliyyə əlçatanlığı mühüm amillərdəndir. Hazırda Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20,3 mlrd. manat təşkil edir ki, bu kreditlərin 80%-ə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonlarının payına düşür. Göründüyü kimi, bu göstərici regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının daha da yaxşılaşdırılmasına ehtiyac olduğunu göstərir. İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kreditlərə verilən dövlət zəmanəti mexanizmləri, faizlərin subsidiyalaşdırılması sahibkarların maliyyə əlçatanlığı üçün ən yaxşı alətlərdən biridir. Bu alətlər haqqında sahibkarların məlumatlılığını artırmaq, həmçinin mexanizmin gələcəkdə təkmilləşdirilməsinə ehtiyac vardır.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyələşdirilməsi vəziyyəti və kredit zəmanət mexanizminin KOB-lar üçün önəminə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, Azərbaycanda da sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verir. Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı təxminən 23%, Bakı üzrə isə 77%-dir. Agentliyə daxil olan müraciətlərin və aparılan sorğuların təhlili, həmçinin beynəlxalq inkişaf təşkilatlarının hesabatlarına əsasən KOB subyektlərinin maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır. Kredit zəmanət mexanizmi kiçik və orta sahibkarların maliyyə məhdudiyyətlərini aşmasına imkan yaradır, biznes layihələrin maliyyələşdirilməsi üçün sahibkarların uzun müddətli kreditlərlə təmin edilməsini dəstəkləyir. Həmçinin bankların yeni və daha geniş müştəri şəbəkəsinə çıxışını asanlaşdırır, risklərin minimallaşdırılmasını təmin edir. Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac vardır. 
İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri Fəxri Kazımov Fondun fəaliyyət istiqamətləri, maliyyə göstəriciləri, əldə olunan nailiyyətlər, həmçinin qeyri-neft sektorunda sahibkarlığa dəstək aləti olan kredit zəmanət mexanizminin yaradılmasının məqsədi barədə ətraflı məlumat verib. Vurğulanıb ki, yerli sahibkarların tələbləri nəzərə alınmaqla yaradılan bu mexanizm beynəlxalq təcrübənin ən uğurlu nümunələri öyrənilməklə müntəzəm olaraq təkmilləşdirilir. Mexanizm çərçivəsində şəffaflığı və operativliyi təmin etmək məqsədilə saibkarlardan müraciətlərin qəbulu "Elektron hökumət" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi vasitəsilə həyata keçirilir. / marja.az

Banklar     Tarix: 01 mart 2023

Oxşar xəbərlər

Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da

Kinosevərlər üçün bilet almaq daha asan olacaq. Rəqəmsal xidmətləri bir çətir altında birləşdirən Bir ekosistemi Azərbaycanın ən böyük kinoteatr şəbəkələrindən biri CineMastercard ilə yeni əməkdaşlığa başlayır. Tərəfdaşlı

Rabitəbank Xankəndidə sahibkarlarla görüş keçirib ®

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Bank sektorunda iri əqd tamamlandı – AccessBank və Bank Respublika birləşir

Bank Respublika və AccessBank arasında strateji əqd uğurla tamamlanıb. Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər. Əqd nəticəsində Bank Respublika AccessBank-ın səhmlərinin 100%-ni əld

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Azərbaycanda pul bazası 25 milyard manatı ötüb

2026-cı il oktyabrın 30-na Azərbaycanda pul bazasının həcmi 25 milyard 146,1 milyon manata yüksəlib. Bu, sentyabrın sonundakı 24 milyard 817,9 milyon manatla müqayisədə 328,2 milyon manat və ya 1,3% çoxdur. xəbər verir ki

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas


iqtisadi xeberler dollar mezenne bitkoin emlak xeberleri dollar manat kursu