Kristin Laqard Fransada prezident seçkilərinə görə AMB-dən vaxtından əvvəl ayrıla bilər
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqard 2027-ci ilin oktyabrında başa çatacaq səlahiyyət müddətindən əvvəl vəzifəsini tərk edə biləcəyini və Fransada keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələrə qoşulacağını istisna etməyib.
"Les Échos" qəzetinə müsahibəsində Laqard hazırkı mərhələdə Yaxın Şərqdəki müharibənin yaratdığı iqtisadi qeyri-müəyyənlik fonunda AMB-yə rəhbərlik etməyin vacibliyini vurğulayıb. O bildirib ki, avrozonada qiymət sabitliyinin qorunması üçün "AMB gəmisinin kapitanı öz yerində qalmalıdır".
Bununla belə, vəziyyət sabitləşərsə, vaxtından əvvəl istefa ehtimalını da açıq saxlayıb. "Bu mümkündür. Hesab edirəm ki, Fransada prezident seçkiləri ilə bağlı debatda Avropayönümlü bir səs eşidilməlidir", – deyə Laqard əlavə edib.
Onun sözlərinə görə, əgər seçki kampaniyasında Fransanın Avropa ilə inteqrasiyasını zəiflədən yanaşmalar ön plana çıxarsa, bunun ölkə və vətəndaşlar üçün mənfi nəticələri barədə ictimaiyyətə aydın izahat verilməlidir. Laqard yaxın aylarda bəzi namizədlərlə fikir mübadiləsinin də mümkün olduğunu qeyd edib.
AMB rəhbəri əlavə edib ki, Fransa qarşıdakı illərdə çətin iqtisadi məsələlərlə bağlı cəsarətli qərarlar qəbul etməli olacaq. O vurğulayıb ki, prezidentliyə namizədlər problemləri açıq şəkildə bildirməli və seçicilərə real həll yolları təqdim etməlidirlər.
Kristin Laqard, eyni zamanda, qeyd edib ki, hazırda hər hansı namizədi dəstəkləməsi və ya özünün namizəd olması gündəmdə deyil. Fransada növbəti prezident seçkilərinin birinci turu gələn il aprelin 18-də, ikinci tur isə mayın 2-də keçirilməlidir. / banker.az

Google yeni süni intellekt modelini təqdim etdi – Mətnlə virtual dünyalar yaratmaq mümkün olacaq
Mərkəzi Bank BOKT-lar üçün yeni gəlir mənbələri yaratmağı planlaşdırır
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
Biznes nədir?
"Freelance" nədir?
Marketinq nə demədir?
Green Card nədir və onu necə əldə etmək olar?
İnstaqramda biznes qurmağın yolları