"LC Waikiki", "Koton", "Decathlon" və digər brendləri birləşdirən loyallıq sistemi indi ABB mobile-da

®ABB tərəfdaşları ilə birgə Beyond Bankinqə doğru daha bir mühüm addım atıb. Bank "Best Brands" marka qrupunun loyallıq sistemini – "Best Brands Loyallıq Platforması"nı ABB mobile tətbiqinə gətirib. Bu yeniliklə gündəlik alış-verişlər indi müştərilər üçün daha da sərfəlidir. Yeni platforma müştərilərə alış-veriş zamanı bonuslar qazanmaq və topladıqları bonusları seçilmiş partnyor brendlərdə istifadə etmək imkanı yaradır.
"Best Brands Loyallıq Platforması" "LC Waikiki", "Koton", "Decathlon", "Penti" "Funland" Uşaq Əyləncə Mərkəzi kimi məşhur brendləri özündə birləşdirir. Müştərilər ABB kartı ilə ABB POS terminallarında ödəniş etdikdə bonuslar avtomatik hesablanır və loyallıq platformasında əks olunur.
Platforma vasitəsilə müştərilər bonus balansını, alış-veriş tarixçəsini və ekstra bonus qazandıran brendləri rahat şəkildə izləyə bilirlər. Toplanan bonuslardan seçilmiş partnyor brendlərdə alış-veriş zamanı istifadə etmək mümkündür.
Yeni loyallıq imkanı müştərilərə əlavə kart və ya fiziki loyallıq kartı daşımağa ehtiyac yaratmadan daha sadə və rahat təcrübə təqdim edir. ABB kartı ilə ödəniş zamanı bonusların avtomatik toplanması prosesi daha sürətli və istifadəçi üçün daha əlçatandır.
Hazırda "Best Brands Loyallıq Platforması"na daxil olan partnyor brendlər üzrə bonus imkanları belədir: "LC Waikiki" 3%, "Koton" 5%, "Decathlon" 5%, "Penti" 5%, "Funland" Uşaq Əyləncə Mərkəzi 10%.
"Best Brands Loyallıq Platforması" müştərilərin gündəlik alış-verişlərini daha faydalı etməklə yanaşı, ABB mobile və ABB kartlarından istifadəyə əlavə üstünlük qazandırır.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / banker.az

Banklar     Tarix: 21 iyul 2026

Oxşar xəbərlər

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur

ABB-nin ("Azərbaycan Beynəlxalq Bankı" ASC) Bakı Fond Birjasında (BFB) ticarət olunan  səhmlərinin nominal qiymətdən yuxarı səviyyədə ticarəti davam edir. BFB-nin 28 oktyabr 2026-cı il tarixinə olan məlumatların

Kredit ittifaqlarının vəziyyəti pisləşir: Aktivlər, kreditlər və kapital kəskin azalıb

Azərbaycanda fəaliyyət göstərən kredit ittifaqlarının maliyyə göstəricilərində geriləmə davam edir. 2026-cı ilin sentyabr ayının sonuna sektorun aktivləri, kredit portfeli və kapitalı ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətl

"Azər-Türk Bank"ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının keçiriləcəyini elan edib. xəbər verir ki, yığıncaq 23 noyabr 2026-cı il tarixində, saat 12:00-da Bakı şəhəri

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bank sektorunda izafi likvidliyin artmasının biznes kreditləşməsinə tətbiq edilən sərt prudensial tələblərlə əlaqələndirilməsi barədə fikirlərlə razılaşmır. xəbər veri


iqtisadi xeberler rubl mezenne depozit faizleri telefonla pul qazanmaq bu gunun xeberleri